Icma.az
close
up
RU
“Trampın planı: ABŞ Ukrayna və Rusiyaya hansı sülhü təklif edir?“ “Politico“

“Trampın planı: ABŞ Ukrayna və Rusiyaya hansı sülhü təklif edir?“ “Politico“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tanqo üçün iki nəfər lazımdır, top Rusiya tərəfindədir..."

Səudiyyə Ərəbistanında Rübio və Zelenskinin komandası ilə razılaşdırılmış Rusiya-Ukrayna atəşkəsi barədə detallar açıqlanıb

Üç ildən artıq davam edən müharibədən sonra Ukrayna ABŞ-ın təşəbbüsü ilə təklif edilən dərhal atəşkəsə razılıq verib. Ukrayna və ABŞ hökumətlərinin birgə bəyanatına əsasən, 30 günlük atəşkəs yalnız Rusiyanın eyni şərtlərə razılaşdığı halda qüvvəyə minəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Qeyd edilir ki, bu razılaşma layihəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ Dövlət katibi Marko Rübionun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti ilə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın təmsil etdiyi Ukrayna nümayəndə heyəti arasında səkkiz saat davam edən danışıqlar zamanı hazırlanıb.

Zelenski "X" sosial şəbəkəsində razılaşma barədə şərhində bildirib:

"30 günlük təkcə raket, pilotsuz uçuş aparatları və bombalı hücumların Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca dayandırılmasını nəzərdə tutan tam müvəqqəti atəşkəs təklif edilib.

Ukrayna bu təklifi qəbul etməyə hazırdır, biz bunu müsbət addım kimi qiymətləndiririk. İndi ABŞ Rusiyanı eyni şeyi etməyə inandırmalıdır". ABŞ prezidenti Donald Tramp isə bu planı Vladimir Putinlə müzakirə edəcəyini bildirib: "Tango üçün iki nəfər lazımdır," - o, qeyd edib.

Trampın Planı- Ağ Ev Ukrayna, Rusiya və Avropaya nə təklif edir?

1. Əgər Rusiya razılaşsa, döyüşlər dərhal dayandırıla bilər

Tramp administrasiyası Moskvaya atəşkəs planını təqdim edəcək. "Top artıq onların meydançasındadır," -

Rübio bildirib. Kremlin hələlik atəşkəsdən başqa heç bir şərt irəli sürmədiyi və Trampın yanaşmasına müsbət baxdığı qeyd edilir.

Razılaşmanın əsas müddəalarına əsasən, atəşkəs humanitar tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq, o cümlədən əsir mübadiləsi, mülki girovların azad edilməsi və məcburi köçürülən ukraynalı uşaqların geri qaytarılması nəzərdə tutulur.

2. Putin razılaşacaqmı?

Moskvanın ilkin reaksiyası ehtiyatlı olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova SİTA agentliyinə açıqlamasında bildirib: "Biz yaxın günlərdə ABŞ nümayəndələri ilə təmasları istisna etmirik".

Buna baxmayaraq, Qərb Putinlə uzunmüddətli sülhün mümkünlüyünə skeptik yanaşır. Rusiya Çindən, İrandan və Şimali Koreyadan hərbi yardım almağa davam edir ki, bu da onun cəbhədə mövqeyini gücləndirir.

Üstəlik, Kremlin əsas tələbləri dəyişməz qalır- işğal olunmuş ərazilərin beynəlxalq səviyyədə tanınması və Avropa sülhməramlılarının qadağan edilməsi. Trampın təzyiqi nəticəsində Putin bu şərtlərdən geri çəkiləcəkmi?

3. ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir

Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib və "təhlükəsizlik yardımı"nı davam etdirəcəyini vəd edib ki, bu da çox güman ki, hərbi dəstəyi əhatə edir.

4. Bu, sülh sazişi deyil

Bu təklif yalnız müvəqqəti atəşkəsi nəzərdə tutur və yalnız hər iki tərəfin razılığı ilə uzadıla bilər. Atəşkəsdən sonra uzunmüddətli həll yolu tapmaq üçün danışıqlar başlayacaq.

5. Bu, faydalı qazıntılarla bağlı razılaşma deyil

Tramp daha öncə ABŞ-ın Ukraynanın litium, uran və titan kimi strateji mineral ehtiyatlarına çıxışında maraqlı olduğunu bildirib. Gözlənilib ki, Zelenski Ağ Evə son səfəri zamanı amerikalı şirkətlərə bu mineralları hasil etmək hüququ verən müqaviləni imzalayacaq.

Lakin bu məsələ Tramp və vitse-prezident Cey Di Vens arasında ciddi mübahisəyə səbəb olduğu üçün danışıqlar uğursuzluğa düçar olub. Atəşkəs elan edildikdən sonra Tramp jurnalistlərə bildirib ki, Zelenskini Ağ Evə dəvət edərək müzakirələri davam etdirmək niyyətindədir.

6. Ukrayna hələlik ərazi güzəştinə getməyib

Danışıqlardan öncə Rübio Kiyevi müəyyən güzəştlərə, xüsusən də ərazi məsələlərində kompromisə getməyə hazırlamağa çalışıb. Bununla belə, Ciddədə səkkiz saat davam edən müzakirələrdə bu mövzu gündəmə gətirilməyib. Ancaq gələcək danışıqlarda bu məsələnin qaldırılacağı istisna edilmir.

7. Tramp təhlükəsizlik zəmanətləri verməyib

ABŞ prezidenti açıq şəkildə bildirib ki, Ukraynanın gələcək təhlükəsizliyinə dair "çox böyük öhdəliklər" götürmək niyyətində deyil və bu məsuliyyətin Avropanın üzərinə düşdüyünü düşünür. Danışıqlardan sonra yayımlanan birgə bəyanatda bu mövqenin dəyişdiriləcəyi ilə bağlı heç bir işarə yoxdur.

8. Avropa "iştirak etməlidir"

Ukrayna tərəfi sülh prosesinə Avropa tərəfdaşlarının da cəlb olunmasının vacibliyini vurğulayıb. Lakin ABŞ-ın bunu dəstəkləyib-dəstəkləmədiyi aydın deyil. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyen və Böyük Britaniya baş naziri Kir Starmer danışıqlarda əldə olunan irəliləyişi müsbət qiymətləndirib.

9. Növbəti addımlar nədən ibarətdir?

Starmer şənbə günü Avropa liderlərinin görüşünü təşkil etmək niyyətindədir. O, Fransa prezidenti Emmanuel Makron ilə birlikdə "arzu edən ölkələr koalisiyası" yaratmaq üzərində işləyir. Bu koalisiyaya daxil olan ölkələrin bəziləri sülhməramlı qüvvələr göndərməyə və ya atəşkəsin sabitliyini təmin etmək üçün digər dəstəklər göstərməyə hazır olduqlarını bildirib.

ABŞ bu prosesdə iştirak etməyəcək, çünki Tramp administrasiyası açıq şəkildə bildirib: "Ukrayna torpaqlarında amerikalı əsgərlər olmayacaq." Əsas sual isə budur: Starmer-Makron koalisiyası Kiyevi öz effektivliyinə inandıra biləcəkmi? Eyni zamanda, Putin bu sülhməramlı qüvvələrin Rusiya üçün təhlükə yaratmadığına inanacaqmı?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri