Trampın “Sülh planı”: O, Rusiyaya hansı əraziləri təklif edir?
Icma.az bildirir, Yenisabah portalına istinadən.
ABŞ-nin “sülh planı”nın indiki formada həyata keçirilməsi Rusiyanın demək olar ki, Lüksemburq boyda ərazini döyüşsüz əldə etməsi ilə nəticələnə bilər.
“Yeni Sabah” AFP-yə istinadla xəbər verir ki, bu, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatlarına əsaslanır.
“Sülh planı” Rusiyanın təqribən 2300 kvadrat kilometr ərazi əldə etməsini nəzərdə tutur ki, bu da demək olar ki, Lüksemburqla (2590 kvadrat kilometr) eynidir.
Digər məsələlərlə yanaşı, Ukrayna Donetsk vilayətində təxminən 5 min kvadrat kilometr, Luqansk vilayətində isə 45 kvadrat kilometr ərazini verəcək.
Bunun müqabilində Moskvadan Xarkov vilayətində təxminən 2000 kvadrat kilometr, Dnepropetrovsk vilayətində 450, Sumı vilayətində 300 və Çerniqov vilayətində 20 kvadrat kilometr ərazini geri qaytarılması tələb olunur.
“Vaşinqtonun təklif etdiyi plan faktiki olaraq Ukrayna ərazisinin 20%-nin 0,5%-dən az hissəsinin qaytarılması müqabilində verilməsini nəzərdə tutur”, - hesabatda deyilir.
ABŞ prezidenti Donald Tramp Ukraynaya Amerika tərəfinin təklif etdiyi “sülh planı” ilə razılaşmaq üçün gələn cümə axşamı, noyabrın 27-nə qədər vaxt verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 22 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















