Icma.az
close
up
RU
Trampın planı alt üst olacaq: Türkiyə ilə ABŞ Qəzzaya görə toqquşa bilərmi? ŞƏRH

Trampın planı alt üst olacaq: Türkiyə ilə ABŞ Qəzzaya görə toqquşa bilərmi? ŞƏRH

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ötən gün Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Qəzza ilə bağlı qalmaqallı açıqlama verdi. Qəzzada son qanuni dövlətin Osmanlı İmperatorluğu olduğunu deyən Davudoğlu Trampın təhdidinə cavab olaraq Fələstin dövləti qurulana qədər Qəzzanın muxtar vilayət şəkildə Türkiyəyə birləşdirilməsini təklif etdi.

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp “Qəzzanı satın almırıq, əldə edəcəyik” deyir. Tramp bunu deyəndə təkcə Qəzza zolağını nəzərdə tutmur. Onların məqsədi Fələstin xalqının haqqı olan bu yataqları ələ keçirməkdir. Bunun fərqində olmalıyıq.

Maraqlıdır görəsən Qəzzanın Türkiyəyə birləşdirilməsi mümkündürmü? Bu nə dərəcədə real görünür?

Turkustan.az olaraq suallarımızı politoloq Samir Hümbətova ünvanladıq. O, bildirdi ki, Qəzzanın Türkiyəyə birləşdirilməsi praktiki olaraq mümkündür, lakin siyasi olaraq bu qərarın nə dərəcədə möhkəm olub-olmayacağı müzakirə predmentidir.

Qəzza əhalisi referendum keçirib, öz istəkləri ilə Türkiyəyə birləşmək istəsələr, o zaman bu praktik olaraq beynəlxalq hüquqda təsbit olunur və heç bir problemi yoxdur. Həmin ərazi onsuz da vaxtı ikən Osmanlının ərazisi olub. Amma bu birləşməyə icazə verəcəklərmi, o sual altındadır. Bu hal Türkiyə ilə 3-cü dövlətlər arasında praktik olaraq böyük miqyaslı bir müharibə çevrilə bilər, ya da ki, çox ciddi bir böhran yarada bilər. Mən inanmıram ki, buna nə ABŞ, nə Rusiya, nə Çin, nə İsrail, nə ərəb ölkələri imkan versin. Amma bu yenə də təbii ki, atılacaq addımlardan və beynəlxalq siyasi vəziyyətdən asılıdır. Yəni bu dəqiqə üçün onunla bağlı fikir söyləmək çətindir. Hər halda yenə də hər şey hadisələrin gedişindən asılıdır. Qəzza ilə bağlı Türkiyənin mövqeyi ortadadır.

Türkiyənin bu təklifi Trampın qəzəbinə səbəb ola bilərmi? Bu hal 2 ölkə arasında vəziyyəti dəyişdirəcək?

Türkiyədə artıq oturuşmuş bir sistem, dövlət işləyir. Tramp da yeri gəldikdə, Türkiyə ilə bəzi məsələlərdə, hətta bir çox məsələlərdə hesablaşır. Təbii ki, bu hal 2 ölkə arasında narazılığa səbəb ola bilər. Çünki Trampın planı Amerika dərin dövlətinin planıdır. Amerika çalışır ki, Türkiyəyə o fürsəti verməsin ki, Türkiyə bu imkanlardan özü üçün istifadə eləsin. Yenə də Trampın istəyi Türkiyənin istəyi ilə toqquşacaq. Burada artıq fikirlər haçalana bilər və münasibətlər müəyyən gərginlik yaşana bilər. Amma görünən odur ki, Türkiyə bu məsuliyyəti üzərinə götürməyə qərarlıdır. Referendumla Qəzza Türkiyəyə birləşsə, bu Amerika ilə çox ciddi gərginlik yarada bilər.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Fevral 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri