Icma.az
close
up
RU
Trampın planı tələm tələsik hazırlanıb Politoloq

Trampın planı tələm tələsik hazırlanıb Politoloq

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"ABŞ Prezidenti Donald Trampın ilk sülh təklifi tələm-tələsik hazırlanmış bir versiya idi. Bəlkə də onu qəsdən sürətli hazırladılar ki, tez bir zamanda qarşı tərəf üzərində düzəlişlər edib geri göndərsin. Ancaq Avropa İttifaqının verdiyi 24 maddəlik təklif demək olar ki, Trampın 28 maddəlik təklifi ilə uzlaşmır. ABŞ-nin verdiyi təkliflər Ukraynanın faktiki suverenliyini məhdudlaşdırır. Ukrayna demək olar ki, Rusiya və ABŞ-nin istəklərinə uyğun dizayn olunur: ölkənin gələcəkdə NATO-ya qoşulmaq hüququ yoxdur, ordusu məhdudlaşdırılır, dövlət dili və dini icmalarla bağlı qərarlar isə Rusiyanın istəklərinə uyğun formalaşdırılır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın hazırladığı sülh planından danışarkən bildirdi.

Onun sözlərinə görə, Avropa İttifaqının təklifi tamamilə fərqlidir:

"O, Ukraynanın müstəqilliyini və suverenliyini müdafiə edir və Ukraynanın NATO-ya qoşulmasını mümkün edən müddəaları özündə ehtiva edir. Ukrayna tərəfi Trampın təklifini qəbul edirmiş kimi görünür, amma eyni zamanda öz şərtlərini də irəli sürür. Bu göstərir ki, Ukrayna faktiki olaraq Trampın şərtlərinə qarşı öz mövqeyini qorumağa çalışır. 28 maddəlik ilkin şərt dəyişdirilməli idi, çünki orada təkrarlar və düzəliş olunması lazım olan məqamlar çox idi. Sonra 19 maddəlik yeni plan elan olunacağı gözlənilsə də, Tramp yekun olaraq 22 maddəlik bir orta təklif təqdim etdi. Burada daha çox ABŞ ilə Rusiya arasında ortaq məqamlar və maraqlar nəzərə alınacaq".

Siyasi şərhçi hesab edir ki, ABŞ öz maraqlarını, eyni zamanda Rusiya maraqlarını ön plana çıxarır, Avropa maraqları isə arxa plana keçir:

"Məsələn, Rusiyanın dondurulmuş aktivlərinin 200 milyard dollarlıq xərclənməsi məsələsində ABŞ daha çox Ukraynaya yardım edilməsini istəyir, lakin infrastruktur layihələrindən gələn gəlirin 50%-i ABŞ şirkətlərinə çatmalıdır. Qalan vəsait isə Rusiya ilə birlikdə xərclənməlidir. Avropa İttifaqı isə Ukraynanın silahlarının maliyyələşdirilməsi və 100 milyard avro əlavə bərpa vəsaiti təmin etməlidir. Yəni Avropa İttifaqı faktiki olaraq heç bir gəlir əldə etmir, amma xərcləməyə məcburdur. Bu rəqəmlər göstərir ki, təkliflərdə əsasən ABŞ və Rusiya maraqları nəzərə alınıb. Bu səbəbdən Avropa İttifaqı və Ukraynanın buna müqavimət göstərəcəyi aydındır".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri