Icma.az
close
up
RU
Ukrayna sonda Trampın sülh planı ilə razılaşacaq Politoloq

Ukrayna sonda Trampın sülh planı ilə razılaşacaq Politoloq

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun hazırladığı sülh planı hamı tərəfindən müsbət qarşılanıb, lakin Ukrayna lideri Volodimir Zelenski bu plana qarşı çıxan yeganə tərəfdir.

Bəs Zelenski sülh planı məsələsində razılığa gətirilə bilərmi?

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, həqiqətən də Trampın sülh planı üzərində istər tərəflər, istərsə də dünya ölkələri liderlərinin müxtəlif fikirləri var.

O, qeyd etdi ki, bu münaqişənin həlli ətrafında düşüncə toqquşmaları mövcuddur və dünya mediasında da bu mövzuya xüsusi diqqət yetirilir:

"Burada Trampın qeyd etdiyi kimi, plan hər kəs tərəfindən müsbət qarşılanıb. Əslində isə elə deyil. Avropa İttifaqı ölkələrinin əksəriyyəti tərəfindən və dünya ölkələrinin bir çoxunda bu plana qarşı ziddiyyətli fikirlər yer alıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi heç şübhəsiz ki, dəstəklənir. Çünki təklif olunan sülh layihəsinin maddələri arasında Ukraynaya qarşı ərazi iddiaları irəli sürülüb və Ukraynanın suverenliyi təhdid altındadır. Digər bəndlər yer alıb ki, Ukrayna Prezidenti Zelenski bu maddələri rədd edir. Görünən isə odur ki, ABŞ prezidentinin təkidləri, təzyiqləri Ukrayna prezidentini çıxılmaz vəziyyətə salıb və hətta bu kimi bəyanatlarla onun prezident postunda fəaliyyəti sual altındadır".

Siyasi şərhçinin sözlərinə görə, hazırda Tramp-Zelenski arasında gedən sülh planı ilə bağlı fikir ayrılıqları heç də Trampın söylədiyi kimi iki lider arasında şəxsi anlaşılmazlıq deyil:

"Burada Zelenskinin mövqeyi, xüsusilə də müharibənin gələcəyi, Ukraynanın ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləri kimi fundamental məsələlərlə bağlıdır və bu ciddi strateji fərqlilik iki lider arasında əsas yaşanan problemdir. ABŞ Prezidenti Tramp çalışır ki, bunu dünya ictimaiyyətinə başqa cür çatdırsın və Ukrayna Prezidenti Zelenski bu səbəbdən sülhün bərqərar olmasına maneə olaraq göstərilir. Əlbəttə ki, Tramp planı Rusiya üçün məqbul hesab olunur və bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin Tramp planı layihəsini əsas diskussiya nöqtəsi olaraq qiymətləndirib. Trampın bu planla müharibəyə son qoymaq hədəfi Ukrayna üçün, özlərinin təbirincə desək, işğalla razılaşmaq və kapitulyasiya deməkdir. Doğrudur, Trampın sülh planı vacibdir. Çünki müharibənin uzanması dünya üçün, xüsusilə də Ukrayna və Qərb üçün daha çox fəsadlar gətirir, enerji və təhlükəsizlik baxımından risklərin artmasına səbəb olur. Amma bütün bunlar Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zərər vurulmadan həyata keçirilməlidir. Bu baxımdan Ukrayna və Avropada olan tərəfdaşları Tramp planını qəbul etməyəcək kimi görünür və sülh planı layihəsində ədalətli şərtlər tələb edirlər. Bu baxımdan hər iki liderin - həm Trampın, həm də Zelenskinin - haqlı tərəfləri var, amma fərqli prioritetlərdən dolayı konflikt davam edəcək. Hesab edirəm ki, orta yol tapılacaq və Ukrayna tərəfi sonda bu planla razılaşacaq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri