Icma.az
close
up
RU
Trampın planları böyükdür: Zelenski bir bir əməl etməlidir

Trampın planları böyükdür: Zelenski bir bir əməl etməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Son günlər dünya gündəmində müzakirə olunan mövzulardan biri ABŞ Prezidenti Donald Trampın siyasi xaos yaradan addımlarıdır. Donald Tramp vəzifəyə gəldiyi andan etibarən “intiqam” siyahısına uyğun davranaraq birbaşa 1- ci prezidentlik dönəmindən sonra ona hüquqi iddia qaldıran prokurorları işdən azad etdi. 

Daha sonra Rusiya ilə, yəni Putinlə birbaşa əlaqə yaradaraq Ər-Riyadda tərəflərin nümayəndələri arasında görüş təşkil edildi. Daha sonra Tramp Baydenin Ukraynaya verdiyi 350 milyard dolların kompensasiyası kimi Zelenskiyə 500 milyard dollar dəyərində Ukrayna təbii sərvətlərinin ABŞ şirkətlərinin balansına keçməsini təsdiqləyən sənədi imzalamasını təklif etmiş, qarşılığında isə Zelenski ilkin təklifi rədd etmişdir. Bu səbəbdəndir ki, sosial media hesabında Zelenskini hədəf alan “seçkisiz diktator”, “ortalama bir komediyaçı” ifadələrini istifadə edərək onu Ukrayna müharibəsinə başlamaqda və bu qədər uzanmasında günahlandırmışdır. Trampa yaxın çevrə Zelenskinin ölkəni tərk etməsini bildirib. Daha sonra Avropaya Ukraynanın təslim olmasının şərtlərini razılaşdırmaq üçün 3 həftə vaxt vermiş, əks halda ABŞ qoşunlarını Avropadan çıxarmaqla təhdit etmişdir. Məlumdur ki, illərdir Avropa hərbi baxımdan ABŞ-dan asılı vəziyyətdədir və belə olan halda Avropanın təhlükəsizliyi sual altına düşür. Trampın ABŞ-ın ənənəvi siyasətinə uyğun olmayan hərəkətlər etməsinin səbəbləri çoxdur. 

*1-ci prezidentlik dönəmindən sonra məhkəmədəki işlərinə görə Avropa liderlərinin onu sərt bir şəkildə tənqid etmiş olması,

*Bayden administrasiyasının günahkar olduğunu göstərmək istəməsi (Zelenskiyə 350 milyard dolları aldanaraq verməsini bildirir),

* Daha aqressiv siyasətlə Avropanı özündən tam asılı vəziyyətə salmaq (beləliklə Qrenlandiyanı rahatlıqla ala bilər) və onlara ABŞ olmadan güclərinin olmadığını göstərmək istəməsi,

*Tramp Ukraynada vaxt və pul itirmək əvəzinə daha geniş siyasət apararaq Qrenlandiyanı, Panama kanalını və Kanadanı ilhaq etmək istəməsi,

*Ukraynaya təzyiq göstərərək (məsələn: Starlink texnologiyasını paylaşmamaqla təhdid edərək) onun 500 milyard dollarlıq təbii sərvətini ələ keçirmək istəməsi,

*Və əlbəttə, pərdə arxasından onu dəstəkləyən qüvvənin və ya qüvvələrin istəklərini etməsidir.

Bütün bunları etmək üçün Tramp Ukraynada Rusiya ilə birbaşa toqquşaraq həm maddi, həm də vaxt itkisinə üzləşməkdənsə dolayı siyasət apararaq daha geniş çevrəyə yayılmaq istəyir. Avropanı tam təsir altına alaraq Danimarkadan Qrenlandiyanı almaq (səbəbləri var), Panama kanalından Çini hərbi və ya digər yollarla çıxartmaq və nəzarətə almaq, Kanadanı ABŞ ştatı etmək, Meksika üzərində öz təsirini artırmaq, Tayvan üstündən Çinə təzyiq göstərmək, Qüdsü birbaşa və ya dolayı yolla nəzarətə almaq, Ukraynanın 500 milyard dollarlıq sərvətini bu və ya başqa yollarla ələ keçirmək və s. kimi istəkləri var. Çox böyük ehtimalla, Zelenski təklifi qəbul etməzsə Ukraynada yaxın zamanlarda Zelenskiyə rəqib ortaya çıxarılacaq və Zelenskinin ölkəni tərk etməsini istəyəcək

(Böyük ehtimal Fransaya gedəcək). Belə olan halda Avropa (xüsusən Fransa, İngiltərə və Almaniya) ya ABŞ-ın dediyinə razı olmalı və təsir altına düşməli, ya da öz hərbi ordusunu yaradaraq müstəqil varlığını qorumalı və Ukraynanı həm hərbi, həm də maddi cəhətdən himayə etməlidir. Avropa, Latın Amerika ölkələri, Kanada və Zelenski bu təzyiqə tab gətirə biləcək mi bizə bunu zaman göstərəcək.


Orxan Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri