Icma.az
close
up
RU
Trampın qələbəsi onlara 63,5 milyard dollar qazandırdı SİYAHI

Trampın qələbəsi onlara 63,5 milyard dollar qazandırdı SİYAHI

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Donald Trampın ABŞ-da prezident seçkilərində qələbəsindən sonra dünyanın ən varlı 10 şəxsinin sərvəti ümumi olaraq rekord həcmdə - 63,5 milyard dollar artıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
Mənbə qeyd edir ki, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı şəxsi, amerikalı milyarder İlon Mask olub. Belə ki, Trampın qələbəsindən sonra onun sərvəti 10,1 faiz (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb.
“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti bir gün ərzində 7,14 milyard dollar, “Oracle” şirkətinin rəhbəri Larri Ellisonun sərvəti isə 9,88 milyard dollar artıb.
 

Bununla yanaşı, Trampın qalib gəlməsindən faydalananlar arasında “Microsoft”un təsisçisi Bill Geyts, həmin şirkətin keçmiş baş direktoru Stiv Balmer, “Google” təsisçiləri Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway” rəhbəri Uorren Baffet və kriptobirja rəhbərləri Brayan Armstronq və Çanpen Cao da var.


Agentlik yazır ki, milyarderlərin sərvətinin belə artmasına səbəb amerikalı şirkətlərin səhmlərinin qəfil artması olub. Belə ki, gözləntilərə əsasən, Trampın Ağ Evə qayıtması vergilərin azaldılmasına və maliyyə tənzimləmələrinin yüngülləşdirilməsinə səbəb ola bilər.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçirilib. Seçkilər noyabrın 6-da Bakı vaxtı ilə səhər saatlarında başa çatıb. Rəsmi nəticələr açıqlanmasa da, ABŞ mediası Trampın qələbə qazanmaq üçün tələb olunan 270 seçisi səsini ötərək təqribən 300 səs topladığını yazıb. Tramp da öz növbəsində seçkilərdə qələbə qazandığını elan edib və özünü ölkənin 47-ci prezidenti adlandırıb. Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkidə məğlub olduğunu təsdiq edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri