Icma.az
close
up
RU
Trampın qələbəsi onlara 64 milyard qazandırdı Siyahı

Trampın qələbəsi onlara 64 milyard qazandırdı Siyahı

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın ABŞ-də prezident seçkilərində qələbəsindən sonra dünyanın ən varlı 10 şəxsinin sərvəti ümumi olaraq rekord həcmdə – 63,5 milyard dollar artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Məlumata görə, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı şəxsi, amerikalı milyarder İlon Mask olub. Belə ki, Trampın qələbəsindən sonra onun sərvəti 10,1 faiz (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb.

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti bir gün ərzində 7,14 milyard dollar, “Oracle” şirkətinin rəhbəri Larri Ellisonun sərvəti isə 9,88 milyard dollar artıb.

Bununla yanaşı, Trampın qalib gəlməsindən faydalananlar arasında “Microsoft”un təsisçisi Bill Geyts, həmin şirkətin keçmiş baş direktoru Stiv Balmer, “Google” təsisçiləri Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway” rəhbəri Uorren Baffet və kriptobirja rəhbərləri Brayan Armstronq və Çanpen Cao da var.

Agentlik yazır ki, milyarderlərin sərvətinin belə artmasına səbəb amerikalı şirkətlərin səhmlərinin qəfil artması olub. Belə ki, gözləntilərə əsasən, Trampın Ağ Evə qayıtması vergilərin azaldılmasına və maliyyə tənzimləmələrinin yüngülləşdirilməsinə səbəb ola bilər.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçirilib. Seçkilər noyabrın 6-da Bakı vaxtı ilə səhər saatlarında başa çatıb. Rəsmi nəticələr açıqlanmasa da, ABŞ mediası Trampın qələbə qazanmaq üçün tələb olunan 270 seçisi səsini ötərək təqribən 300 səs topladığını yazıb. Tramp da öz növbəsində seçkilərdə qələbə qazandığını elan edib və özünü ölkənin 47-ci prezidenti adlandırıb. Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkidə məğlub olduğunu təsdiq edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri