Icma.az
close
up
RU
Trampın qələbəsi və ukraynalılar üçün 5 ibrət dərsi Dmitri Kuleba

Trampın qələbəsi və ukraynalılar üçün 5 ibrət dərsi Dmitri Kuleba

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Biz özümüzə xoş olan məlumat məkanından çıxıb gerçəkliyin digər tərəfini də görməliyik..."

Avropa Trampın qələbəsindən qorxub, indi ən pis ssenariyə hazırlaşır. Lakin bu, onun xeyrinə olacaq, çünki öz taleyini öz üzərinə götürəcək.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq XİN rəhbəri Dmitri Kuleba özünün "İnstagram" səhifəsində yazıb. Məlumatı "gordonua.com" nəşri yayıb.

  "1. 2019-cu ilin seçkilərində məğlub olduqdan sonra Trampı siyasətdən sildilər. Amma o, sınmadı, ayağa qalxıb irəliyə getdi və dörd ildən sonra qalib gəldi.

İbrət dərsi: heç vaxt təslim olma, hətta ətrafda hamı sənin işinin bitdiyini və hər şeyin sənə qarşı işlədiyini desə də, hətta sənin özün də heç vaxt qalib gələ bilməyəcəyini düşünsən belə, heç vaxt təslim olma. Qələbə kiminsə yox, ilk növbədə sənin öz fəaliyyətinin nəticəsidir.

2. Hamını Harrisin reytinqinin artdığına və onun qalib gələcəyinə əminlik aşılanan, gözləri və qulaqlarına xoş olan məlumatı izləyən zaman Tramp öz işini görüb və qalib gəlib.

İbrət dərsi: biz özümüzə xoş olan məlumat məkanından çıxıb gerçəkliyin digər tərəfini görmək üçün daima zaman tapmalıyıq. Bu, xüsusilə ölkənin müharibədə olduğu dönəmində vacibdir. Əgər biz bunu etməsək, sonradan hər şeyin nədən düşündüyümüz kimi olmadığına təəccüb edəcəyik.

3. Bu seçkilərin ABŞ-ı parçalayacağını proqnozlaşdlıranlar olub. Əgər Tramp qalib gəlməsəydi, o, çox güman ki, seçkilərin nəticələrini tanımayacaqdı və parçalanma riski maksimal olacaqdı. Bu, ABŞ-ı maksimum zəiflədəcəkdi. Lakin Tramp qalib gəlib və parçalanma söhbəti gündəlikdən çıxıb.

İbrət dərsi: bizim Ukrayna cəmiyyətinin parçalanması kimi "nüvə partlayışı" mövzusu ilə oynamağa haqqımız yoxdur. Ölkəni uçuruma yuvarlandırmaq lazım deyil. Bu mövzuda şərhləri yaymayın və boşboğazlıq etməyin. Ukraynanın birliyi bizim gücümüzün, deməli, bizim gələcəyimizin əsasıdır.

4. Avropa Trampın qələbəsindən qorxub və indi ən pis ssenariyə hazırlaşır. Lakin bu, onun xeyrinə olacaq, çünki, nəhayət, öz taleyini öz üzərinə götürəcək. Avropanın taleyi bu gün Ukraynada həll edilir.

İbrət dərsi: biz Avropa İttifaqında bütün səviyyələrdə Ukraynaya dəstək göstərilməsinə səfərbərlik üçün daha çox səylər göstərməlirik və hər birimiz bu işə öz tövhəmizi verə bilərik.

5. 2019-cu ildə Trampın ilk prezidentlik dönəmi onun Ukraynaya zərər vuracağı bəyanatından başlayıb. Hakimiyyətdə olduğu dörd ildə o, ukraynalılar üçün çoxsaylı qıcıqlandırıcı bəyanatlar verib, Putinlə görüşüb. Lakin o, həmçinin Ukraynaya ilk Amerika silahı verib və Putinin "Şimal axını-2" şəxsi layihəsinə qarşı vuruşub. 

İbrət dərsi: Bütün bunlar  Ukraynaya sevgidən baş verməyib və göydən düşməyib. Bu, mürəkkəb, çoxsəviyyəli işin nəticəsi olub və Trampla ikinci prezidentlik dönəmində də işləmək gərəkdir. Amma bunu son dörd ildə olduğundan başqa cür etmək lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri