Trampın Putinə sərt sözlərinə qapılmayın, səhərisi... Kuleba
Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdırmağın çətinliyini dərk edib və artıq buna görə, “24 saat ərzində həll”dən danışmır.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “France24” telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, biz onun Prezident Putin haqqında mənfi sözlərinə və ya şərhlərinə çox da qapılmamalıyıq, çünki ertəsi gün onun Prezident Zelenskiyə və ya bütövlükdə Ukraynaya qarşı oxşar bir şey deməyəcəyinə zəmanət yoxdur", - o bildirib.
Kuleba qeyd edib ki, Tramp sazişin bağlanmasını və müharibənin bitməsini istəyir:
“Hesab edirəm ki, o, bunun ilk düşündüyündən qat-qat çətin olduğunu başa düşdü və nəticəyə nail olmaq üçün daha uzun və daha çox zəhmət tələb olunacaq. Ona görə də artıq “24 saat” haqqında eşitmirik”.
Qeyd edək ki, D.Tramp prezidentlikdən öncə Ukrayna münaqişənin 24 saat ərzində həll edəcəyini dəfələrlə bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 30 Yanvar 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















