Trampın qərarları dünyanı dəyişdirəcək
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti, respublikaçı Donald Trampın hakimiyyətə gəlməsi ilə "liberal demokratiyaya və vouk ideologiyasına qarşı qiyamın" yeni mərhələyə daxil olduğunu söyləyib. Onun sözlərinə görə, Trampın vəzifəyə gələn kimi imzaladığı qərarlar bütün dünyada dəyişikliklərə səbəb olacaq.
Orban X səhifəsində yazıb: "Prezident Donald Trampın imzaladığı qərarlar təkcə Birləşmiş Ştatları yox, həm də bütün dünyanı dəyişəcək".
Orbanın fikrincə bu, mühafizəkar partiyaların Aİ-dəki mövqelərini gücləndirmələrinə kömək edəcək. Baş nazir qeyd edib: "Patriot qüvvələrin Brüsseli ələ keçirməsinin zamanı gəldi".
Orban bazar ertəsi Budapeştdəki çıxışı zamanı bildirmişdi ki, Trampın Ağ Evə qayıdışı ilə Amerikanın mühafizəkar dəyərlər istiqamətinə dönməsini gözləyir. Onun fikrincə, bu dəyişikliklər Vaşinqton ilə Brüssel arasında miqrasiya, ailə, gender məsələləri kimi sahələrdə fikir ayrılıqlarına apara bilər.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















