Icma.az
close
up
RU
Trampın sərt qərarları: “Görək nə olacaq...”

Trampın sərt qərarları: “Görək nə olacaq...”

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidentindən hər şey gözləmək olar - Popkorn yığaq, bu günü çoxdan gözləyirdik.

ABŞ Prezidenti Donald Tramp Kremlin rəhbəri Vladimir Putindən məyus olduğunu növbəti dəfə açıq şəkildə bəyan edib. Bazar günü Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərlə söhbətində Amerika lideri Rusiya diktatorunun Ukraynada müharibənin həlli ilə bağlı sözlərinin heç bir əhəmiyyəti olmadığına eyham vurub: "Mən onun sözünün ağası olduğunu düşünürdüm, amma hamını bombalayır".

Rusiyaya qarşı sanksiya tətbiq etməyi planlaşdırıb-qaldırmayacağı ilə bağlı sualı cavablandıran Tramp belə cavab verib: “Görək nə olacaq...”.

İndi ABŞ Prezidentindən nə gözləmək olar?

Birincisi, Rusiya neftini alan ölkələrə 500% sanksiyaların tətbiqinə aid olan qanun layihəsinin Senatda səsverməyə çıxarılmasının təsdiqi. Bu qanun layihəsinin müəlliflərindən biri, respublikaçı Lindsey Qraham bu barədə Amerika televiziyasına müsahibə verib və Trampın bu sənədə hansı dəyişikliklər etmək istədiyi barədə danışıb. Belə ki, ilkin olaraq Rusiyanın ondan neft və digər mallar alan ticarət tərəfdaşlarına münasibətdə 500 faizlik rüsumların tətbiqi nəzərdə tutulurdu. İndi 500%-ə qədər rüsumların tətbiqi planlaşdırılır - Donald Trampın qərarı ilə. Yəni 500%, yoxsa 50% olacaq, ümumiyyətlə, rüsumlar tətbiq olunacaq, bu, ABŞ Prezidentinin qərarı olacaq.

Beləliklə, o qanun layihəsinin Senatda, daha sonra isə Nümayəndələr Palatasında səsverməyə çıxarılmasına icazə verməyə hazırdır, bu, göz qabağındadır. Amma eyni zamanda, o tam nəzarətə sahib olmaq və Rusiya neftini alan ölkələrə qarşı sanksiyaları ləğv etmək, məbləği tənzimləmək imkanına sahib olmaq istəyir. Çünki əks halda bu, Hindistanla yanaşı Rusiya neftinin ən böyük alıcısı olan Çinlə də yeni ticarət müharibəsinə səbəb olacaq.

İkincisi, Tramp ABŞ Prezidenti vəzifəsinə gəldikdən sonra ilk dəfə olaraq Ukraynaya hərbi yardımın ayrılacağını açıqlaya bilər. Onun ABŞ Konqresinin təsdiqi olmadan belə - 4-5 milyard dollar məbləğində ayırmaq variantı var (artıq adı çəkilən Lindsey Qraham da buna eyham vuraraq jurnalistlərə bildirib ki, "yaxın günlərdə Ukraynaya özünü müdafiə etmək üçün rekord silah axını görəcəksən").

Üçüncüsü, Tramp adi qaydada Amerika silahlarını Avropa ölkələrinə satacağı, sonra isə onları Ukraynaya təhvil verəcəyi barədə yüksək səslə bəyanatlar verə bilər.

Rusiyanın ABŞ-dakı təxminən 5 milyard dollar məbləğində dondurulmuş aktivlərinin müsadirə edilməsi variantı da var. Onlar sabiq Prezident Co Baydenin dövründə qəbul edilmiş və imzalanmış Ukraynaya və digər müttəfiqlərə böyük yardım paketi haqqında qanuna uyğun olaraq müsadirə edilə bilər. Amma sabah Trampın bu variantı aktivləşdirəcəyini düşünmürəm.

Bununla belə, ABŞ Prezidentindən hər şey gözləmək olar. Xüsusən də nəhayət ki, Putinin son altı ayda onu “süründürdüyünü” başa düşsə (bu, görünür, artıq baş verib).

Odur ki, popkorn yığaq. Bu günü çoxdan gözləyirdik.

Müəllif: Maksim Yali - Siyasi elmlər namizədi, Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 İyul 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri