Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Xavi Mançester Yunayted i çalışdırmağa hazırdır

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Pulum və evim yoxdur Saakaşvilidən qeyri adi müraciət

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Trampın Qəzza ilə bağlı SENSASİON PLANI İsrail zərbələrdən, HƏMAS terrordan imtina EDİR?

Trampın Qəzza ilə bağlı SENSASİON PLANI İsrail zərbələrdən, HƏMAS terrordan imtina EDİR?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp sentyabrın 29-da Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edib. Görüşdə Qəzadakı vəziyyət və çıxış yolları müzakirə olunub. Bir neçə saat çəkən görüşdən sonra münaqişənin tənzimlənməsi üçün Tramp özünün Qəzza üzrə sülh planını təqdim edib. Plan 20 bənddən ibarətdir.
Bəndlərə əsasən, İsrail anklavı işğal və ya ilhaq etməyəcək. Qəzza “radikallıqdan azad, terrorsuz” zona olacaq və qonşulara təhlükə yaratmayacaq.
 

MÖVZU İLƏ BAĞLI:
ABŞ və İsrail Qəzza ilə bağlı RAZILIĞA GƏLDİ - VİDEO


Həmçinin İsrail bu razılaşmanı ictimai şəkildə qəbul etdikdən sonra 72 saat ərzində bütün girovlar azad ediləcək. Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbs cəzası alan 250 nəfəri və 2023-cü il 7 oktyabrdan sonra saxlanılan 1700 Qəzza sakininin azad olunmasını təmin edəcək.
Sülh planına görə, ABŞ İsrail və fələstinlilər arasında sülh və firavan birgə yaşayışın siyasi perspektivlərini razılaşdırmaq üçün dialoqa başlayacaq. Əgər hər iki tərəf bu təklifi qəbul etsə, müharibə dərhal dayandırılacaq.
ABŞ prezidenti bildirib ki, İsrailin baş naziri onun plana razılıq verib: “ABŞ İsraillə yalnız Qəzza üzrə deyil, ümumilikdə Yaxın Şərqdə də nizamlanma, “əbədi sülh” əldə etmək imkanlarını müzakirə edir. Əgər HƏMAS razılaşsa, girovlar razılıqdan sonra ən gec 72 saat ərzində azad ediləcək. Razılıq olduğu halda müharibə dərhal dayandırılacaq”.
Trampdan ikibaşlı bəyanatlar
Prezident Tramp əminliklə bəyan edib ki, “bu gün böyük gündür, bəlkə də sivilizasiyanın tarixindəki ən böyük günlərdən biridir”.
ABŞ lideri həmçinin qeyd edib ki, ərəb ölkələri Qəzzanın demilitarizasiyası və HƏMAS-ın silahsızlandırılması planına sadiqdir:
“Əgər qüvvələr HƏMAS-ın infrastrukturu ilə məşğul olmayacaqsa, İsrail bizdən tam dəstək alacaq. Əgər HƏMAS təklifdən imtina edərsə, İsrail etməli olduğu işi edəcək. Netanyahu Fələstin dövlətinə qarşıdır. Mən onun mövqeyini başa düşür və hörmət edirəm. Amma bu gün onun etdiyi İsrail üçün çox faydalıdır. İsraildə etirazçılar məni sevir və müharibəni bitirməyi, girovları geri qaytarmağı xahiş edirlər və bu baş verir”.
Hadisələrin sonrakı inkişafı göstərir ki, ABŞ lideri yüksək pafosla danışmaqda bir qədər tələsib. Çünki Trampın sülh planında açıq-aydın yazılıb ki, “əgər hər iki tərəf bu təklifi qəbul etsə, müharibə dərhal dayandırılacaq”.
Tramp isə qarşı tərəfin mövqeyini öyrənmədən Yaxın Şərqdə müharibənin sona çatdığını elan edib.
HƏMAS “yox” deyir!
ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik Qəzza planını İsrail baş naziri Netanyahunun qəbul etməsinə baxmayaraq, HƏMAS razılaşmanı rədd edib.
Hərəkatın rəhbərlərindən Mahmud Mərdavi bəyan edib ki, plan qeyri-müəyyəndir, zəmanəti yoxdur və Fələstin dövlətinin tanınması istiqamətindəki prosesi dayandırmaq məqsədi daşıyır.
HƏMAS bildirir ki, fələstinlilərin öz müqəddəratını təyin etmə haqqını tanımayan, xalqı qətliamlardan qoruma mexanizmi olmayan heç bir təşəbbüs qəbul edilməyəcək. Təşkilat sənədi digər fələstinli qruplarla birgə müzakirə edəcəyini açıqlayıb.
HƏMAS təmsilçisinin dediklərindən aydın olur ki, onlar Trampın sülh planını qəbul etmir. Bu isə o deməkdir ki, Trampın sülh planı kağız parçasından başqa bir şey deyil.
Tramp sülhün yox, İsrailin tərəfindədir?
Əslində bu “plan” dünya dövlətlərinin Fələstinin müstəqilliyini tanıması prosesini dayandırmağa hesabanıb. Çünki son 10 gündə Avropanın və dünyanın 10-a yaxın ölkəsi Fələstinin dövlət müstəqilliyini tanıdığını bəyan etdi. Bu dövlətlər arasında Britaniya, Fransa, Almaniya kimi aparıcı ölkələr var.
Lakin ABŞ hökuməti Fələstinin dövlət müstəqilliyini tanımaq niyyətində deyil. Eyni zamanda digər dövlətlərin də anoloji addımı atmasını istəyir. Təsadüfi deyil ki, Tramp bəzi Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “axmaq qərar” adlandırıb:

“Bir neçə ölkə, o cümlədən Avropadakı dostlarımız, səhvən Fələstin dövlətini tanıyıblar”.
Bu azmış kimi ABŞ lideri çıxışını hədə tonları üzərində qurub:
“Əgər HƏMAS imtina edərsə, İsrail etməli olduğu işi edəcək. Netanyahu Fələstin dövlətinə qarşıdır. Mən onun mövqeyini başa düşür və hörmət edirəm”.
Tramp bir qədər də sərt fikirlər səsləndirərək İsrailin paytaxtı kimi Qüdsü tanıdığına peşman olmadığını deyib:
“İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyıram. Mənim vəzifəm fələstinliləri öz talelərinə görə məsuliyyət daşımağa məcbur etməkdir. Tarix göstərib ki, İsraili məhv etməyə çalışanlar yoxa çıxıblar. İsrail dövləti məhv olmayacaq, onlar regiondakı bütün qonşu ölkələrlə sülh içində yanaşı yaşayacaqlar”.
Qəzzada qırğın və aclıq davam edir.
Bu arada İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib. Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
"2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb", - nazirliyin açıqlamasında bildirilir.
Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.
İsrailin hücumları və blokadası nəticəsində Qəzza zolağında aclıqdan ölən fələstinlilərin sayı 453-ə çatıb. Onlardan 150-si uşaqdır. Bu dəhşətli rəqəmlər humanitar fəlakətin miqyasını açıq şəkildə göstərir.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, İsrail ordusunun bölgəyə tətbiq etdiyi aclıq böhranı getdikcə daha çox insanın ölümünə səbəb olur. 7 oktyabr 2023-dən bu yana aclıqdan ölənlərin ümumi sayı 453 nəfərə çatıb, onlardan 150-si uşaqlardır.
Qeyd olunub ki, BMT tərəfindən dəstəklənən İnteqrə olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqustda Qəzzada aclıq elan etdikdən sonra, aclıq və qidalanma çatışmazlığı səbəbindən 35-i uşaq olmaqla 175 nəfər ölüb.
Trampın əsl hədəfi nədir?
Məlumdur ki, Tramp təkcə Amerikanın yox, dünya tarixində qalmaq istəyir. Bunun üçün də özünü sülh carçısı kimi təqdim edir, hətta Nobel Sülh Mükafatını almaq istəyir.
Lakin nədənsə son günlər bu məsələdə çox pessimist danışır. Tramp Virciniya ştatının Kuantiko piyada dəniz bazasına yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, 8 ayda 8 müharibəni həll etməsinə baxmayaraq, Nobel Sülh Mükafatını alacağına inanmır.
O bildirib ki, mükafatı heç nə etməyən birinə verəcəklər:
“Siz Nobel Sülh Mükafatını alacaqsınız? sualına buradan cavab verim: Əlbəttə yox. Onu heç nə etməyən hansısa adama verəcəklər... Bu ölkəyə böyük təhqir olardı. Mən onu istəmirəm, istəyirəm ki, ölkəm alsın. Biz onu almalıyıq”.
Bu da o deməkdir ki, Trampın sülh təşəbbüslərinin sonlanmasına lap az qalıb.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see240

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see213

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see204

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see164

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see149

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see146

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see146

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

29 Sentyabr 2025 23:47see143

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see140

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see138

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see135

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see134

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see132

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see131

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see128

Xavi Mançester Yunayted i çalışdırmağa hazırdır

29 Sentyabr 2025 22:37see125

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see122

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see121

Pulum və evim yoxdur Saakaşvilidən qeyri adi müraciət

29 Sentyabr 2025 21:26see119

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri