Icma.az
close
up
RU
Trampın SENSASİON PLANI: Haiti, Baham adalar, Tayvan və KXDR…

Trampın SENSASİON PLANI: Haiti, Baham adalar, Tayvan və KXDR…

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yalnız Qrenlandiyanı deyil, bir sıra digər ölkələri də almağı nəzərdən keçirir.

Tribunainfo.az “REN TV”yə istinadən xəbər verir ki, respublikaçı lider Haitini, Baham adalarını, Tayvanı və hətta Şimali Koreyanı (KXDR) əldə etməyi planlaşdırır.

Bu barədə Pentaqonun keçmiş əməkdaşı Duqlas Makkinon açıqlama verib.

“Trampın uğurlu biznes sövdələşmələrinə baxışı artıq binalardan və otellərdən ölkələrə yönəlib”, – deyə Duqlasın sözlərini “The Hill” nəşri sitat gətirib.

Keçmiş Pentaqon əməkdaşı vurğulayıb ki, bu siyahıya Trampın ən “problemli” hesab etdiyi ölkələr daxil edilib.

O qeyd edib ki, Ağ Evin rəhbəri yeni ərazilərin alınması ideyasından böyük məmnunluq duyur.

Xatırladaq ki, 13 dekabrda Tramp Kanadanın ABŞ-a birləşdirilməsi ilə bağlı bəyanat verib. Bu, Kanadanın baş naziri Castin Trüdonun ABŞ-da keçirilən prezident seçkilərində məğlub olan Kamala Harrisi açıq şəkildə dəstəkləməsinə cavab olaraq irəli sürülüb. Ottava isə Trampın bu açıqlamasının zarafat olaraq qalacağına ümid etdiyini bildirib.

Bununla yanaşı, dekabr ayında respublikaçı lider ABŞ-ın Qrenlandiyaya da nəzarət etməli olduğunu bəyan edib. Bu bəyanata cavab olaraq Qrenlandiyanın baş naziri Mute Egedə bildirib ki, bu ərazi nə satılır, nə də satılacaq. Daha sonra Danimarka müdafiəni gücləndirmək üçün əlavə vəsait ayırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Yanvar 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri