Icma.az
close
up
RU
Trampın Qəzza planı: Sülhə aparan yol, yoxsa qeyri müəyyən gələcək?

Trampın Qəzza planı: Sülhə aparan yol, yoxsa qeyri müəyyən gələcək?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Qəzzada müharibəyə son qoymaq planını ərəb ölkələri liderlərinə təqdim edib. Planda bütün israilli girovların azad edilməsi, Qəzza zolağında daimi atəşkəs, İsrail ordusunun zolaqdan tədricən çıxarılması, Qəzza üçün müharibədən sonrakı bərpa planı, HƏMAS olmadan idarəetmə mexanizminin yaradılması kimi məqamlar öz əksini tapıb. Həmçinin, plana əsasən, Qəzza zolağında ərəb və müsəlman sülhməramlı qüvvələrinin yerləşdirilməsi, zolağın yenidən qurulması üçün ərəb ölkələrinin maliyyə ayırması nəzərdə tutulub.

Məlumata görə, ərəb ölkələri liderləri plana dair bir sıra şərtlər irəli sürüblər. Çünki Qəzzanın İsrail tərəfindən xarabalığa çevrilməsi fonunda maliyyəni məhz Təl-Əviv deyil, ərəb ölkələrinin öhdəliyinə verilməsi, onların şərtlər irəli sürmək üçün əlini gücləndirib. Xüsusilə də, onlar İsrailin İordan çayının Qərb sahili və Qəzzanın bir hissəsini ilhaq etməməsini, Qəzzada yəhudi qəsəbələrinin yaradılmamasını, Məbəd dağında status-kvonun pozulmamasını, Qəzzaya humanitar yardımların dərhal artırılmasını tələb ediblər.

Bununla yanaşı, İsrail də öz növbəsində Trampın Qəzza planına bir sıra düzəlişlər edib. Plana edilən əsas dəyişikliklərdən birinin dövlətçilik məsələsinə aid olduğu qeyd edilir. Sənəd Fələstin dövlətinin yaradılmasına imkan verir, lakin ikidövlətli həll variantı barədə bəhs edilmir. Bu da öz-özlüyündə suallar yaradır. Çünki ikidövlətli həll yolu məhz müstəqil Fələstin dövlətinin yaradılmasını və ərazilərin ilhaq edilməməsini nəzərdə tutur. Bu baxımdan, münaqişənin iki dövlət konsepsiyası əsasında həllinə dair aydın perspektiv olmadan Səudiyyə Ərəbistanının plana maliyyə dəstəyi verməsi ehtimalının son dərəcə aşağı olduğu bildirilir.

Qeyd edək ki, Trampın Qəzza planı bir çox ölkə tərəfindən dəstəklənib. Azərbaycan Xarici İşlər Nazirliyi də ABŞ prezidentinin Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb. Məlumatda qeyd edilib ki, davamlı və ədalətli sülh səmimi sadiqlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Trampın bu yöndə göstərdiyi səyləri və liderliyini təqdir etdiyini bildirib, tərəflərin qəbul edəcəyi ədalətli və dayanıqlı sülhün təmin edilməsi üçün Türkiyə olaraq bu prosesə töhfələrini davam etdirəcəklərini deyib.

Bəs bu plan özünü doğruldacaqmı? Ümumiyyətlə, bu istiqamətdə proseslər necə inkişaf edəcək?

Ərəb ölkələrinin şərtləri və narahatlıqları

Tramp administrasiyası tərəfindən ərəb ölkələrinin liderlərinə təqdim olunan plan, xüsusilə də regionun güclü aktorları olan Səudiyyə Ərəbistanı, Misir və İordaniya tərəfindən diqqətlə nəzərdən keçirilir. Lakin bu ölkələrdən gələn ilkin siqnallar göstərir ki, planın qəbuluna dair müəyyən ehtiyatlar var. Ərəb liderləri İsrailin Qərb sahili və Qəzzanın bir hissəsini ilhaq etməyəcəyi, yəhudi qəsəbələrinin yaradılmayacağı və Məbəd dağında status-kvonun qorunacağına dair konkret təminatlar tələb edirlər. Bundan əlavə, Qəzzaya humanitar yardımın dərhal artırılması çağırışı da diqqətəlayiqdir.

İsrailin mövqeyi və düzəlişlər

İsrailin planla bağlı öz düzəlişlərini təklif etməsi isə bu sənədin hələ formalaşmaqda olduğunu göstərir. Ən əhəmiyyətli dəyişikliklərdən biri isə dövlətçilik məsələsinə aiddir. Sənəd Fələstin dövlətinin yaradılmasına texniki olaraq imkan versə də, ikidövlətli həll modelindən birbaşa bəhs etmir. Bu isə Fələstin tərəfinin və onların beynəlxalq dəstəkçilərinin, o cümlədən BMT-nin illərdir dəstəklədiyi konsepsiyaya uyğun gəlmir.

Səudiyyə Ərəbistanının rolu və maliyyə dəstəyi

Bu kontekstdə Səudiyyə Ərəbistanının mövqeyi xüsusilə önəmlidir. Krallıq illərdir özünü əsas ərəb müdafiəçisi kimi təqdim edir, üstəlik təhlükəsizlik məsələsində narahatdır və buna görə Pakistanla müqavilə də imzalanıb. Belə olan halda, planın ikidövlətli həll perspektivi olmadan dəstəklənməsi real görünmür. Ər-Riyadın maliyyə dəstəyi olmadan da Qəzzanın bərpası və regional sülhməramlı qüvvələrin yerləşdirilməsi praktiki olaraq mümkünsüz görünür.

Beynəlxalq reaksiyalar: dəstək və ehtiyatlılıq

Azərbaycan Xarici İşlər Nazirliyinin planı alqışlaması, regional sabitlik və beynəlxalq hüququn qorunmasına yönələn çağırışları dəstəklədiyini, eləcə də Bakının sülh və sabitlik tərəfdarı olduğunu nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Trampın liderliyini təqdir etməsi, Ankaranın prosesə töhfə verməyə hazır olduğunu göstərir. Eləcə də, BMT Baş Assambleyasının 80-ci sessiyasında Böyük Britaniya, Kanada, Fransa, Avstraliya Fələstinin müstəqilliyini tanıyıb ki, bu da prosesə beynəlxalq diqqətin çox olduğundan xəbər verir.

Planın həyata keçmə perspektivi

Hazırda planın uğurla həyata keçirilməsi bir sıra faktorlardan asılıdır. Bunun üçün İsrail və HƏMAS arasında atəşkəs əldə olunmalı və qorunmalı, ərəb ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanının dəstəyi təmin edilməli, Fələstin tərəfi siyasi prosesə cəlb olunmalı və legitim idarəetmə modeli yaradılmalı, ikidövlətli həll modelinə dair aydın yol xəritəsi hazırlanmalı, beynəlxalq ictimaiyyət prosesə dəstək verməlidir. Donald Trampın Qəzza planı qarşılıqlı güzəştlərlə həyata keçirilərsə, regionda uzun müddətdir davam edən qanlı münaqişəyə son qoyula bilər. Lakin plan bəzi əsas məsələlərə, xüsusilə də Fələstin dövlətinin statusuna və ikidövlətli həll yoluna qeyri-müəyyənlik qatsa, bu təşəbbüsün davamlı sülh gətirmə qabiliyyətini sual altında qoya bilər.

Beləliklə, Trampın Qəzza münaqişəsinə dair təqdim etdiyi planın bir sıra müsbət tərəfləri var və bu aspektlər regional sabitlik və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Yəni planla bağlı qeyri-müəyyənliklər olsa da, ilk dəfə olaraq həm hərbi əməliyyatların dayandırılması, həm bərpa prosesi, həm də diplomatik tərəqqi kimi müxtəlif istiqamətləri eyni anda əhatə edən kompleks bir yanaşma təklif edilir. Əgər bu plan real siyasi iradə və beynəlxalq dəstəklə müşayiət olunsa, bölgədə uzunmüddətli sabitlik və ədalətli sülhə doğru əhəmiyyətli bir addım atıla bilər.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see196

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see173

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see154

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see130

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri