Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Trampın açıqlaması: Sülhə aparan yolun başlanğıcı, yoxsa?

Trampın açıqlaması: Sülhə aparan yolun başlanğıcı, yoxsa?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini bəyan etməklə yenidən Ukrayna müharibəsi ətrafında diplomatik müzakirələri gündəmə gətirib. Trampın sözlərinə görə, həm Moskva, həm də Kiyev münaqişənin siyasi həlli istiqamətində müəyyən maraq göstərir.

Bu açıqlama beynəlxalq ictimaiyyətdə fərqli reaksiyalar doğurub. Bir tərəfdən, uzun müddətdir davam edən müharibənin danışıqlar masasına daşınması ehtimalı müsbət qiymətləndirilir, digər tərəfdən isə ekspertlər hesab edirlər ki, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalır. Xüsusilə ərazi məsələləri, təhlükəsizlik təminatları və qarşılıqlı etimadın olmaması mümkün razılaşmanın qarşısında əsas maneələr kimi göstərilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Trampın açıqlaması təsadüfi verilmiş bəyanat deyil və ilk növbədə siyasi mesaj kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, ABŞ rəhbərliyi hazırkı mərhələdə diplomatik təşəbbüsün öz əlində olduğunu nümayiş etdirməyə çalışır:

“Bununla yanaşı, tərəflər arasında müxtəlif kanallar vasitəsilə təmasların davam etdiyi də istisna deyil. Lakin danışıqların aparılması ilə yekun razılaşmanın əldə olunması fərqli mərhələlərdir. Hazırda müharibəyə səbəb olan fundamental problemlər aradan qalxmayıb. Buna görə də bu bəyanatı sülhün yaxınlaşmasından daha çox diplomatik prosesin aktivləşdirilməsi cəhdi kimi qiymətləndirmək daha doğru olar”.

Tərəflərin danışıqlara hazır olmasının müharibənin gedişində hansı dəyişikliklərə səbəb ola biləcəyinə gəlincə, müsahibimiz qeyd edib ki, danışıqların başlaması hərbi əməliyyatların tam dayanacağı anlamına gəlmir. Politoloqa görə, əksinə, tarix göstərir ki, bir çox hallarda diplomatik proseslə paralel olaraq cəbhədə döyüşlər davam edir və tərəflər danışıqlarda üstün mövqe qazanmaq üçün hərbi təzyiqi artırırlar:

“Bununla belə, dialoq kanallarının açıq qalması gərginliyin idarə olunmasına imkan yaradır. Əsir mübadiləsi, humanitar dəhlizlər və mülki əhalinin təhlükəsizliyi kimi məsələlərdə müəyyən irəliləyiş əldə oluna bilər”.

Z.Qarayeva hesab edir ki, əgər siyasi iradə güclənərsə, mərhələli atəşkəs variantı da gündəmə gələ bilər. Ancaq bunun üçün həm Moskvanın, həm də Kiyevin qarşılıqlı kompromisə hazır olması əsas şərtdir.

Züriyə Qarayeva: Danışıqların başlaması hərbi əməliyyatların tam dayanacağı anlamına gəlmir

“ABŞ bu prosesdə hansı imkanlara malikdir və Vaşinqtonun rolu nə dərəcədə həlledicidir” sualını cavablandıran həmsöhbətimiz deyib ki, Birləşmiş Ştatlar münaqişənin əsas xarici aktorlarından biridir və onun mövqeyi danışıqların taleyinə ciddi təsir göstərir. Vaşinqton Ukraynanın ən böyük hərbi və maliyyə tərəfdaşı olmaqla yanaşı, Rusiyaya tətbiq olunan sanksiya mexanizmlərinin də əsas təşəbbüskarlarından biridir. Bu səbəbdən ABŞ istənilən diplomatik prosesdə mühüm təsir imkanlarını qoruyur: “Bununla belə, Vaşinqton təkbaşına sülh yarada bilməz. Son qərarlar yenə də Rusiya və Ukraynanın siyasi iradəsindən asılı olacaq. ABŞ isə bu prosesdə daha çox vasitəçi, təzyiq və təşviq mexanizmlərini birləşdirən əsas oyunçu rolunu oynayacaq”.

Politoloq bildirib ki, hazırkı mərhələdə tammiqyaslı sülh sazişinin qısa müddətdə imzalanacağına dair nikbin proqnoz vermək çətindir. Çünki tərəflər hələ də münaqişənin əsas siyasi və hüquqi məsələlərinə fərqli yanaşırlar. Bununla yanaşı, müharibənin uzanması həm iqtisadi, həm də hərbi baxımdan bütün iştirakçılar üçün ciddi yük yaradır:

“Məhz bu amil müəyyən mərhələdə kompromis axtarışlarını sürətləndirə bilər. Əvvəlcə məhdud razılaşmaların, sonra isə daha geniş siyasi dialoqun formalaşması daha real ssenari kimi görünür. Yəni yaxın dövrdə tam sülhdən çox, mərhələli normallaşma prosesinin şahidi olma ehtimalımız daha yüksəkdir”.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 İyul 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri