Trampın qolf klubu üzərində bir neçə təyyarə ələ keçirilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın F-16 qırıcıları Nyu-Cersi ştatının Bedminster şəhərində yerləşən qolf-klub üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəni ələ keçirib.
APA xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
Məlumata görə, ümumi aviasiyaya məxsus bir neçə təyyarə Bedminster üzərində tətbiq olunan müvəqqəti uçuş məhdudiyyətlərini pozub. NORAD-ın F-16 qırıcıları həmin təyyarələri təhlükəsiz şəkildə məhdudlaşdırılmış ərazidən kənara çıxarıb.
Qeyd edək ki, sözügedən qolf-klubun sahibi ABŞ Prezidenti Donald Trampdır. O, tez-tez həftəsonlarını burada keçirir. Tramp cümə günü Bedminsterə gəlib və bazar günü Vaşinqtona qayıtması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 09 Avqust 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















