ABŞ qırıcıları Trampın qolf klubu üzərində təcili havaya qaldırıldı
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyulun 5-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri prezident Donald Trampın getdiyi Nyu-Cersi ştatının Bedminster şəhəri üzərində havaya qaldırılıb.
Milli.Az xəbər verir ki, buna səbəb şəhərin hava məkanına qoyulan qadağaya rəğmən mülki təyyarənin səmada görünməsi olub.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının nümayəndələrinin verdiyi açıqlamaya görə, qırıcı təyyarələr "Bedminster üzərində müvəqqəti olaraq məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarənin qarşısını alıblar". Bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusu baş verib. Hərbçilər mülki təyyarənin "bölgədən təhlükəsiz şəkildə çıxarıldığını" açıqlayıblar.
Hadisədən əvvəl Tramp istirahət üçün Bedminster şəhərində özünə məxsus olan qolf meydançasına gəlib. Amerika lideri iyulun 5-də heç bir ictimai tədbirdə iştirak etməyəcək. ABŞ prezidenti həftə sonlarını tez-tez bu qolf klubunda keçirir. /Musavat.com
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 İyul 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















