Trampın radikal qərarları dünya düzəninə necə təsir edəcək?
Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Onun qərarları və davranışları ABŞ-nin daxili siyasətində qeyri-müəyyənlik yaradır”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın region ölkələrinə mümkün təsirləri barədə danışan beynəlxalq münasibətlər üzrə ekspert Devid MakDonald deyib.
Onun sözlərinə görə, Trampın Kanada ilə bağlı təhdidləri, xüsusilə ölkəni 51-ci ştat olaraq ilhaq etmək istəyi narahatlıq doğurur:
“Lakin bu təhdidlərin hərbi işğala çevrilməsi gözlənilmir. Trampın sərt ritorikası və ölkəyə qarşı tətbiq ediləcək 25 faiz tarif Şimali Amerika iqtisadiyyatını təhdid edir. Kanada Baş naziri Castin Trudeau, sərhəd təhlükəsizliyini artırmaq məqsədilə 1,3 milyard dollarlıq investisiya ilə vəziyyəti təxirə salıb.
Trampın ilhaq təklifləri beynəlxalq hüquq baxımından qeyri-ciddi sayılır. Cinayət Məhkəməsi işğalı təcavüz cinayəti kimi qiymətləndirir, NATO isə üzv ölkələrin təhlükəsizliyi təhdid edildikdə müzakirələrə çağırır.
ABŞ Prezidentinin idarəetmə üslubunun biznes yönümlü olması ABŞ və Kanada iqtisadiyyatına mənfi təsir göstərə bilər. Onun qərarları və davranışları ABŞ-nin daxili siyasətində qeyri-müəyyənlik yaradır. Trampın təhdidləri həmçinin dünya birliyi üçün də müəyyən təhlükə yaradır.
Kanadada sağçı siyasətçilər Trampın təkliflərini dəstəkləyə bilər. Onlar Kanada resurslarını ABŞ-yə daha əlverişli qiymətlərlə təqdim edərək Vaşinqtonla yaxınlaşmağa çalışa bilərlər. Lakin Kanadadakı sol təmayüllü partiyalar Trampın təhdidlərini daha sərt şəkildə müzakirə etməyə meyillidirlər.
Ümumilikdə, Trampın təhdidləri Kanada-ABŞ münasibətlərini gərginləşdirəcək. Kanada indi həm təmkinli olmalı, həm də ABŞ ilə iqtisadi və siyasi əməkdaşlığı davam etdirməlidir. Bu, Kanadanın təhlükəsizliyini və iqtisadi inkişafını qorumaq üçün vacibdir”.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Fevral 2025 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















