Trampın rüsum qərarı Avropanı hərəkətə keçirdi: Strateji saziş dayandırıldı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın 15%-lik qlobal idxal rüsumu tətbiq etməsi səbəbindən Avropa İttifaqı (Aİ) və ABŞ arasındakı ticarət sazişi üzrə səsverməni təxirə salmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi parlamentdəki iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, parlamentin Ticarət komitəsinin səsverməsi çərşənbə axşamı baş tutmalı idi, lakin indi təxirə salınıb. Səsvermə üçün yeni ehtimal olunan tarix göstərilmir.
Xatırladaq ki, Aİ və ABŞ ticarət sazişini 21 avqust 2025-ci il tarixində imzalayıblar. Tərəflər ABŞ-yə tədarük edilən Avropa mallarına 15%-lik rüsum tətbiq etmək barədə razılığa gəliblər. Eyni zamanda, blok ölkələrinə tədarük edilən ABŞ malları üçün tariflər ləğv edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 Fevral 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















