Icma.az
close
up
RU
Trampın hücumları Avropanı təcili hərəkətə keçməyə məcbur edir Politico

Trampın hücumları Avropanı təcili hərəkətə keçməyə məcbur edir Politico

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına qarşı ardıcıl hücumları Avropa liderlərini əvvəllər təsəvvür olunmaz olan bir reallıqla üz-üzə qoyur: Amerika artıq onların əsas təhlükəsizlik təminatçısı olmaya bilər və Avropa öz müdafiəsini gözləniləndən daha tez və daha sürətlə təşkil etməli olacaq. ABŞ-ın rolunun azalmasını gözləyən Aİ liderləri artıq Avropa tərəfindən idarə olunan təhlükəsizlik sistemini "sınaqdan keçirməyə” başlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır. Ukrayna ilə bağlı bir çox taleyüklü qərarlar Böyük Britaniya və Fransa tərəfindən rəhbərlik edilən və Almaniyanın da daxil olduğu qeyri-formal "istəklilər koalisiyası” çərçivəsində formalaşır.

Eyni zamanda Aİ siyasətçiləri Böyük Britaniyanın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələri daxilində daha dərin koordinasiya və ya NATO daxilində daha güclü "Avropa sütunu” ideyasını müzakirə edirlər. Bu ideya uzun müddətdir Paris tərəfindən müdafiə olunur və indi Berlin tərəfindən də dəstək qazanır.

Artıq əsas sual Avropanın müdafiənin əsas məsuliyyətini öz üzərinə götürüb-götürməyəcəyi deyil, bunu nə vaxt edəcəyidir. ABŞ dövlət katibi Marko Rubionun NATO xarici işlər nazirlərinin son görüşündə iştirak etməməsi – bu, alyans tarixində cəmi bir neçə dəfə olub – Avropa və keçmiş NATO rəsmiləri arasında ciddi narahatlıq yaradıb.

Bu narahatlıq onun müavini Kristofer Landau Aİ ölkələrini ABŞ-dan silah almağa davam etmək əvəzinə öz müdafiə sənayelərini üstün tutmaqda ittiham etdikdən sonra daha da artdı.

Tramp administrasiyasının yeni Milli Təhlükəsizlik Strategiyasının (NSS) dərcindən sonra Vaşinqtondan asılı olmayan yeni formatların yaradılması istiqamətində meyl daha da güclənib.

Sənəddə deyilir: "ABŞ-ın bütün dünya nizamını Atlant kimi çiyinlərində daşıdığı günlər bitdi. Var-dövlətli, inkişaf etmiş dövlətlər öz regionları üçün ilkin məsuliyyəti üzərlərinə götürməlidir. Avropa kütləvi miqrasiya nəticəsində "dəyişir və parçalanır”.

"Əgər mövcud tendensiyalar davam etsə, qitə artıq 20 ilə belə tanınmaz olacaq. Bəzi Avropa ölkələrinin iqtisadiyyat və ordularının etibarlı müttəfiq olaraq qalacaq dərəcədə güclü olub-olmayacağı da bəlli deyil”, – deyə Strategiyada vurğulanır.

NSS-də həmçinin qeyd edilir ki, əgər NATO müttəfiqlərinin əksəriyyəti qeyri-Avropa ölkələri olsa, "onların dünyadakı rollarını – və ABŞ-la ittifaqı – alyansın Nizamnaməsini imzalayanlar kimi görəcəkləri də qaranlıqdır”.

Tramp isə son çıxışında fikrini təkrarladı: "Kütləvi miqrasiyaya məruz qalmış Avropa dağılır, məqsədləri yoxdur. Blokun liderləri zəifdir və nə edəcəklərini bilmirlər”.


Yeni Avropa nizamı

Tramp administrasiyasının dayanmayan hücumları fonunda Avropa İttifaqı NATO təminatının etibarsız ola biləcəyi ehtimalına qarşı səssiz-səmirsiz yeni təhlükəsizlik zəmanətləri üzərində işləyir.

"Suallar budur: əgər 5-ci maddə birdən-birə işləməsə, bunun üçün əlavə təhlükəsizlik təminatlarına və institusional mexanizmlərə ehtiyacımız varmı? Bununla belə, biz həmişə 5-ci maddəyə arxalanmalıyıq”, – deyə Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus bildirib.

Bu cür zəmanətlər üçün hüquqi baza Aİ-nin qarşılıqlı müdafiə barədə 42.7-ci maddəsində mövcuddur. Maddə Kosovo müharibəsindən sonra, 1990-cı illərin sonunda yaradılıb. Avropada növbəti il ərzində bu maddənin konkret tətbiq prosedurlarını detallı şəkildə hazırlamaq istəyirlər ki, hücum halında hansı ölkənin nə edəcəyi açıq olsun.

Epoxanın sonu

Avropa hərbi və kəşfiyyat qurumları Rusiyanın 2028-ci ilə qədər hücuma keçə biləcəyi barədə xəbərdarlıq edərkən, qitənin müdafiəyə dair ənənəvi yanaşması və ABŞ-a asılılığı sürətlə dəyişir.

Uzun müddət Almaniya ABŞ-ın rəhbərlik etdiyi NATO-nu birmənalı dəstəkləyirdi. Lakin kansler Fridrix Mers dövründə Berlin Parislə danışıqlar aparır ki, Fransanın nüvə potensialı Avropanın təhlükəsizliyini necə gücləndirə bilər. Eyni zamanda Mers Ukrayna və Avropanın təhlükəsizlik arxitekturası məsələlərində Vaşinqtondan getdikcə daha çox uzaqlaşmağa hazır olduğunu göstərir. O, ABŞ-ın yeni təhlükəsizlik strategiyasının bəzi müddəalarını "qəbuledilməz” adlandırıb.

Potensial çatışmazlıq

Avropanın problemi – sözlərdən əmələ keçməkdir. Risklər son dərəcə böyükdür, çünki qitənin müdafiəsinin ciddi şəkildə gücləndirilməsi sosial xərclərdən resursların yenidən bölüşdürülməsini tələb edəcək və bu da hökumətlərin devrilməsinə səbəb ola bilər.

İnstitusional çətinlik də mövcuddur: ABŞ NATO-nun ən böyük tərəfdaşıdır və alyans "ABŞ-sız NATO” senarisinin planlaşdırılması üçün uyğun platforma deyil. "Bu, NATO-nun öz məntiqini sarsıdar”, – deyə diplomatlardan biri qeyd edib. Hazırda alyans daxilində ABŞ-sız NATO variantı üzrə planlaşdırma aparılmır.

Bəzi diplomatlar Vaşinqtonun siqnallarını NATO-dan çıxış hazırlığı kimi deyil, Avropaya güclü "təkan” kimi qiymətləndirirlər. ABŞ səfiri Uitaker deyib: "5-ci maddə ciddi öhdəlikdir və dəyişməzdir. Amma bizim gözləntilərimiz var”. Bu gözlənti: Avropa qitənin adi müdafiəsinə əsas məsuliyyəti öz üzərinə götürməlidir.

Avropa ABŞ-ı əvəz edə bilərmi?

Ən çətin məsələ ABŞ-ın təmin etdiyi imkanların doldurulmasıdır.

Avropalılar bəzi sahələrdə imkanların 60 faizini təmin etsələr də, kritik bölmələrdə – kəşfiyyat, strateji daşımalar, uzaqmənzilli zərbələr – ABŞ-a ciddi şəkildə bağlıdırlar. Bu boşluğu doldurmaq, xüsusilə bir-iki il ərzində, Avropa üçün son dərəcə çətin olacaq.

Bununla yanaşı, bəzi rəsmilər qeyd edir ki, əgər Tramp administrasiyası NATO-dan çıxmaq istəsə belə, ABŞ Konqresi bunu əngəlləyə bilər. Yaxın vaxtda səsverməyə çıxarılacaq müdafiə haqqında qanun layihəsi Avropadakı ABŞ qoşunlarının azaldılmasına sərt məhdudiyyətlər qoyur – bu, Ağ Evin strategiyasına iki partiyanın cavabıdır.

ABŞ-ın Avropa İttifaqındakı keçmiş səfiri Entoni Qardner bildirib ki, yeni strategiya "ABŞ-ın 80 illik iki partiyalı siyasətinə xəyanətdir”.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri