Icma.az
close
up
RU
Trampın Şərq siyasətində mühüm məqamlar

Trampın Şərq siyasətində mühüm məqamlar

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


TRAMPIN ŞƏRQ SİYASƏTİNDƏ MÜHÜM MƏQAMLAR ABŞ - nin yeni seçilmiş prezidenti Donald Tramp verdiyi açıqlamalarda əsas hədəf olaraq 2 ölkənin - Çin və İranın adını çəkir. Tramp hələ birinci prezidentliyi dövründə - 2016 - 2020 - ci illərdə də bu iki ölkə ilə münasibətləri gərgin saxlamışdı. Onun İranı hədəf seçməsinin əsas səbəbi İran - İsrail münasibətləridir ki, son dövrlər bu məsələdə xeyli kəskinləşmə müşahidə edilir. İki ölkə arasında qarşılıqlı hava zərbələrin endirilməsi, İsrailin İranın Yaxın Şərqdəki proksi qüvvələrinə qarşı keçirdiyi əməliyyatlar münasibətlərləri müharibə vəziyyətinə gətirib. İsrailin planı İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi və mövcud rejimin devrilməsidir. Trampın buna razı olacağı çoxda inandırıcı deyil. İrana hərbi müdaxilə geniş maliyyə xərci ilə bərabər özündə olduqca böyük riskləri gətirir. Bu bölgədə ölmüş terror hücrələrinin yenidən dirilməsinə səbəb ola bilər ki, öz siyasətində biznes maraqlarını əsas tutan Trampa bu lazım deyil. Donald Trampı özündən əvvəlki respublikaçı prezidentlər - ata və oğul Corc Buşdan fərqləndirən əsas cəhət də məhz budur. Əgər Buşlar hədəf seçdikləri ölkəyə birbaşa müdaxilə edirdilərsə Tramp yalnız iqtisadi sanksiyalar və diplomatik təzyiqlə kifayətlənir. Yaxın 4 ildə də eyni prosesin baş verəcəyi şübhəsizdir. Prezident Məsud Pezeşkian komandası ilə birlikdə bu təhdidlərin qarşısını almalıdır. Əgər iqtisadi komanda İrana qarşı Qərbdən gələcək sanksiyaların qarşısını almalıdırsa, diplomatik korpusda Qərblə dialoqun yeni yollarını axtarmalıdır. Burda əsas iş vitse - prezident Məhəmməd Cavad Zərifin üzərinə düşəcək. Zərif Tramp üçün yad şəxs deyil. Onun ABŞ - a birinci rəhbərliyi dövründə Zərif İranın xarici işlər naziri olub. ABŞ - də təhsil almış və Dövlət Departamenti ilə yaxın əlaqələri olan vitse - prezident İran üçün ABŞ qarşısında diplomatik qalxan rolunu oynamalıdır. Trampın hədəfindəki ikinci, eyni zamanda əsas ölkə isə Çindir. Sürətli şəkildə öz iqtisadi gücünü artıran Çin son zamanlar Avropa bazarlarına geniş ayaq açıb. Trampın məqsədi Avropanı iqdisadi cəhətdən ABŞ - dən asılı hala salmaqdır. Ancaq Pekinin yeritdiyi siyasət buna mane olur. Çin öz ərazisində ixrac edilən və Avropa bazarlarına çıxarılan mallara yüksək dövlət dəstəyi göstərir. Həmən malların istehsalı və ixracında bir çox məsrəf hökumət tərəfindən qarşılandığından Çin malları Avropa bazarlarında olduqca ucuz qiymətə satılır. Xüsusilə də avtomobil sənayesində Çin Avropa bazarında ABŞ - ni üstələyir. Trampın məqsədi məhz bunun qarşını almaqdır. Buna görə də faktiki olaraq Pekinə " iqdisadi müharibə " elan edərək ağır sanksiya paketi elan edəcək. Bunun qarşısını almaq üçün Çin hökuməti Avropa dövlətləri ilə münasibətləri gücləndirir. Son zamanlar Pekindən Avropanın müxtəlif şəhərlərinə ziyarətlərin artmasının səbəbi də məhz budur. Avropada Çinlə əlaqələrin qurulmasında maraqlıdır. Bu ilin aprelində Çinə səfər edən Almaniya kansleri Olaf Şolz Pekinlə iqdisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Şübhəsiz ki, Trampın əsas məqsədi Çin və Avropa arasında yaranmaqda olan bu müttəfiqliyi sıradan çıxarmaqdır.
Zeynal Əmrəliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Dekabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri