Ev və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Paytaxtın Nəsimi rayonunda silsilə oğurluq hadisəsi baş verib.
APA xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənlərdən birinin evinin açıq qalmış qapısından içəri daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyasını, iki vətəndaşın isə mağazanın saxlanc yerinə qoyduqları çantalarından ümumilikdə 2314 manat nağd pul, 1780 manat dəyərində mobil telefon, bank kartları və sənədləri talayıb.
Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun başqa bir vətəndaşı “zəng etmək” bəhanəsi ilə aldadıb mobil telefonunu ələ keçirdiyi də məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 04 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















