Icma.az
close
up
RU
Trampın siyasi rəqiblərinə qarşı kampaniya: FTB nin sabiq direktoru ittiham edilir

Trampın siyasi rəqiblərinə qarşı kampaniya: FTB nin sabiq direktoru ittiham edilir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın sabiq Federal Təhlukəsizlik Bürosu (FTB) direktoru Ceyms Komi cümə axşamı iki maddə üzrə – Konqresə yalan ifadə vermək və istintaqa maneə törətmək – ittiham olunub. Bu, prezident Donald Trampın siyasi rəqiblərinə qarşı yönəltdiyi qisas kampaniyasının növbəti addımı kimi qiymətləndirilir.

Bizimyol.info xəbər verir ki, ittiham sənədində qeyd olunur ki, Komi 2020-ci ildə Rusiya təhqiqatı ilə bağlı Konqresdə verdiyi ifadədə FTB-nin media sızmalarına yol vermədiyini iddia etmişdi. Prokurorluq bu bəyanatın yalan olduğunu bildirir.

Ədliyyə naziri Pam Bondi: “Heç kim qanundan üstün deyil. Bu ittiham, vəzifəsindən sui-istifadə edənlərin cavab verməli olduğunu göstərir”, - deyə bildirib.

Bu addım Trampın sosial mediada “dərhal hərəkət edin” göstərişindən sonra atılıb. O, Komi və digər rəqiblərinin mühakimə olunmasını açıq şəkildə tələb etmişdi.

İttihamdan bir neçə gün əvvəl Tramp, Virciniyada baş prokuror Erik Ziberti vəzifədən uzaqlaşdıraraq onu Linzi Halliqan ilə əvəz edib. Halliqanın prokurorluq təcrübəsi yoxdur və əvvəlcə ittiham irəli sürməmək barədə məsləhətlərə baxmayaraq, iş irəli aparılıb.

Ceyms Komi ittihama cavab olaraq yayımladığı videoda özünü təqsirsiz adlandırıb: “Biz illərdir Trampa qarşı çıxmağın nəticələrinin fərqindəyik, amma susmaq bizim yolumuz deyil. Qorxunun diktatorların silahı olduğunu biri mənə dedi – və o, haqlıdır. Amma mən qorxmuram və siz də qorxmayın. Gəlin məhkəmə olsun. Mən təqsirsizəm”, - deyə qeyd edib.

Tramp isə öz platformasında Komini “ölkənin gördüyü ən pis insanlardan biri” adlandıraraq ittihamları alqışlayıb: “Amerikada Ədalət! Bu adam çoxdan cavab verməli idi. İndi isə onun cinayətləri ilə bağlı proses başlayır!”

Komi əgər təqsirli bilinərsə, 5 ilədək həbs cəzası ala bilər. Lakin hüquq mütəxəssisləri bu işin sübut baxımından zəif olduğunu deyirlər. Komi ilə ailə əlaqəsi olan federal prokuror Troy Edvards ittihamdan dərhal sonra vəzifəsindən istefa verib və bu addımı “Konstitusiyaya sədaqət” olaraq izah edib.

Demokrat senator Mark Varner isə Trampı ədliyyə sistemindən şəxsi qisas üçün istifadə etməkdə ittiham edib: “Bu, çox təhlükəlidir, hakimiyyətdəki gücdən sui-istifadəsidir. Ədliyyə siyasətin oyuncağına çevrilməməlidir”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri