Icma.az
close
up
RU
FTB nin keçmiş rəhbərinə qarşı ittiham irəli sürülüb

FTB nin keçmiş rəhbərinə qarşı ittiham irəli sürülüb

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Böyük məhkəmə andlıları ABŞ Federal Təhqiqat Bürosunun (FBI) keçmiş direktoru Ceyms Komiyə yalan ifadələr vermək və ədalət mühakiməsinin həyata keçirilməsinə maneçilik törətməklə bağlı ittiham irəli sürüblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə CNN məlumat yayıb.

Komi, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan haqqında ABŞ Prezidenti Donald Trampın ilk seçki kampaniyası zamanı onun Rusiya ilə guya əlaqələri barədə məlumatların yayılmasındakı rolu ilə bağlı araşdırma aparılır.

İttihamlar irəli sürüldükdən dərhal sonra D.Tramp "Truth Social" şəbəkəsində yazıb:

"Bu ölkənin nə vaxtsa üzləşdiyi pis adamlardan biri FTB-nin keçmiş korrupsiyalı rəhbəri Ceyms Komidir. O, ölkəmizə uzun müddət ərzində o qədər ziyan vurub ki, indi o, millətimizə qarşı cinayətlərinə görə cavab verməyə yenicə başlayır".

Ceyms Kominin özü isə günahsız olduğunu bildirib.

"Mənim ürəyim (Amerika - red.) Ədliyyə Nazirliyi üçün parçalanır, amma mən federal məhkəmə sisteminə dərindən inanıram. Mən günahsızam, ona görə də gəlin məhkəmə keçirək", - o, "Instagram" sosial şəbəkəsindəki şəxsi səhifəsində dərc edilən videomüraciətində deyib.

"ABC News" telekanalı həmin xəbər yayıb ki, Virciniya ştatının Şərq dairəsi üzrə ABŞ prokurorluğu tərəfindən dərc edilmiş bəyanatda Komiyə qarşı irəli sürülən ittihamlar göstərilirdi. Qeyd edilirdi ki, əgər bunlar təsdiqlənərsə, FTB-nin keçmiş rəhbərinə beş ilə qədər həbs cəzası təhlükəsi yarana bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri