Trampın “sülh“ planı Avropanı ayağa qaldırdı Kiyev üçün ən kritik həftə
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılmasına dair hazırlanan gizli “sülh” planının detalları Avropada ciddi rezonans yaradıb. Qərb mediasının yazdığına görə, sənəd Ukraynanın maraqlarını tam kənara qoyan, ölkəni faktiki kapitulyasiyaya məcbur edən tələblərdən ibarətdir .Bir çox analitiklər bu planı “Putinin qələbə sənədi”, “məğlubiyyətə bərabər sülh” kimi qiymətləndirir. Tramp administrasiyasının təqdim etdiyi bu model Kiyevi çətin seçim qarşısında qoyur: ya ağır şərtlərlə sülhü qəbul etmək, ya da daha dərindən və daha təhlükəli müharibə mərhələsi ilə üzləşmək. Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski “dolayı yolla təsdiqləyib” ki, Birləşmiş Ştatlar Kiyevə Vaşinqtonun münaqişənin həlli üzrə sülh planını razılaşdırmaq üçün bir həftə vaxt verib. Bu barədə Ukraynanın “Strana” nəşri yazır.
Məğlubiyyətə bərabər sülh planı qəbul olunmasa, Kiyevi nə gözləyir? Ukraynanın planı qəbul etməsi və ya rədd etməsi NATO-nun, xüsusən də Şərqi Avropa ölkələrinin təhlükəsizliyinə hansı riskləri yarada bilər?
Moderator.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ABŞ administrasiyasının təqdim etdiyi 28 maddəlik sülh planına münasibət bildirərək, həm Avropa İttifaqı, həm də NATO üzvü olan Avropa dövlətlərinin bu sənədə qarşı kifayət qədər sərt mövqe sərgilədiyini vurğulayıb:
“Bu məsələ ilə bağlı Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası və digər komissarlar, eləcə də Finlandiyanın xarici işlər naziri kəskin etirazlarını bildirib. Hazırkı geosiyasi vəziyyətdə belə bir təkliflə çıxış etmək – yəni Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinə dair təqdim olunan 28 maddəlik sənəd – reallığı əks etdirmir.
Sənəddə Konstitusiya dəyişikliyi tələb edən maddələr yer alır və bunun üçün Ukraynada referendum keçirilməlidir. Həmçinin NATO ilə bağlı müddəalar mövcuddur. Məlumdur ki, NATO-da bütün qərarlar konsensus əsasında qəbul edilir və bu, təkcə ABŞ-ın və ya digər bir üzv dövlətin istəyinə əsaslanmır. Digər tərəfdən, sənəddə Ukraynanın ərazilərinin Rusiya tərəfindən rəsmi tanınması kimi müddəalar yer alır.
Bundan əlavə, guya Avropanın təhlükəsizlik modelinin bu 28 maddə içərisində təsbit olunduğu iddia edilir. Lakin Avropa İttifaqına üzv dövlətlərin fikrincə, belə bir plan qəbul edilərsə, xüsusilə Şərqi Avropa yenidən Rusiyanın təcavüz riski ilə üz-üzə qala bilər”.
Politoloq qeyd edib ki, hətta bəzi dairələr bu təkliflərin Trampın xüsusi nümayəndəsi Stiv Utkovun deyil, Moskvanın təqdimatı kimi qiymətləndirildiyini bildirirlər:
“Bu 28 maddəlik sənədin qəbul olunması və müəyyən razılıq əldə edilməsi belə Ukrayna parlamentində təsdiqlənə bilməz. Zelenski bunu istəsə belə, parlamentdən keçirmək imkansızdır. Çünki səsvermədə hətta Zelenskinin öz fraksiyasından olan deputatların belə bu maddələrə dəstək verəcəyi real görünmür.
Digər vacib məqam odur ki, sənəddə Konstitusiya dəyişikliyinə dair müddəalar yer alır. Ukrayna Konstitusiyasının dəyişdirilməsi üçün minimum iki illik prosedur tələb olunur. Bu səbəbdən təqdim olunan plan, böyük ehtimalla, sadəcə kağız üzərində təklif olaraq qalacaq. Yaxın günlərdə Rusiya–Ukrayna münasibətlərində hansısa irəliləyişin baş verməsi real deyil. Eyni zamanda istisna deyil ki, Türkiyənin təklif etdiyi İstanbul formatı yenidən gündəmə gətirilsin. Zelenskinin Türkiyəyə səfəri də məhz bu məsələlərlə bağlı prosesin davam etdiyini göstərir”.
Mehin Mehmanqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















