Icma.az
close
up
RU
Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər

Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Vadim Denisenko: “Yaxşı şərtlərlə danışıqlar aparmaq yalnız o halda mümkündür ki, müxtəlif siyasi baxışlı elita və xalq birləşsin”

“İndi yağışdan sonrakı göbələklər kimi Ukraynadakı müharibənin sülhlə həll edilməsi üçün müxtəlif dinc planlar haqqında məlumatlar dünya mediasında peyda olur. Amma ABŞ-ın yeni Prezidenti Tramp adminstrasiyasının “sülh planı” barədə iki ssenari var”. Bu sözləri ukraynalı politoloq Vadim Denisenko ABŞ-ın yeni Prezidenti Donald Trampın tezliklə “Ukrayna müharibəsinə son qoymaq” istəyi haqqında yazdığı analitik məqalədə qeyd edib.

Analitik bildirir ki, Trampın seçki kampaniyası dövründə Ukrayna ilə bağlı iki anlayış səsləndirilib: “Üstəlik, onların hər ikisi kifayət qədər uzun müddət əvvəl elan edilib. Birincisi, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun “döyüşkən planı”, ikincisi isə Tramp administrasiyasının keçmiş əməkdaşlarının sığınacağına çevrilmiş Amerika Birinci Siyasi İnstitutu (AFPI) analitik mərkəzinin “kvazi-fin” ssenarisidir. Nəzərə almaq lazımdır ki, bunlar bir-birinə zidd olan iki anlayışdır. Təkrar edirəm, onların hər ikisi Trampın çevrəsindən olan insanlar tərəfindən səsləndirilib. Trampın Pompeonu yeni komandaya cəlb etməməsi heç nəyi dəyişmir. Plan onun Ukraynaya yanaşma variantlarından, qütblərindən biridir. Müəllifliyin əhəmiyyəti yoxdur. Bu yanaşmaları təhlil etməzdən əvvəl bilməliyik: Tramp danışıqlar aparan “strateji qeyri-müəyyənlik” konsepsiyasını qəbul edir. Və o, danışıqların hər bir mərhələsində mümkün qədər geniş danışıqlar variantlarını təmin edir”.

“Rusiya Prezidenti Vladimir Putinə danışıqlarda nə lazımdır? Üç prinsipial mövqe var: NATO, cəbhə xətti və sanksiyaların qismən ləğvi. Bütün digər məsələlər istəyə bağlıdır. Baxmayaraq ki, Kreml sahibi təbii ki, bir çox başqa tələblər də irəli sürəcək. Ancaq bu, əsas məsələ deyil. O, İranı, Şimali Koreyanı, Çini, Nigerdən uranı və s. qabaqcadan şərt kimi irəli sürərək, Ukraynanı danışıqların son nöqtəsinə gətirmək istəyir. Bu, məlumdur. Amma Trampın “sülh planları” özündə nəyi ehtiva edir, ona baxmaq lazımdır”, - deyə Denisenko qeyd edib.

Politoloq bildirib ki, Pompeonun “döyüşkən planı” odur ki, Putin getdikcə daha çox tələblər irəli sürərsə, Ukraynanı silahla doldurmaqdır: “Elə buna görə də, Rusiya Xarici İşlər Nazirliyi ötən həftə bu mövzunu ayrıca “qırmızı xətt” kimi vurğuladı. AFPI analitik mərkəzinin “kvazi-fin” ssenarisində isə bir neçə məqam var. Birincisi, Ukraynanın NATO-ya daxil olmaq şansı yoxdur. İkincisi, Putin sanksiyaların qismən ləğvi ilə bağlı zəmanət almalıdır. Üçüncüsü, demilitarizasiya zonası yaradılır - dəqiq harada və necə olduğu bilinmir. Dördüncüsü, Rusiyanın enerji resurslarının satışına əlavə vergilər Ukraynanın yenidən qurulmasına ödənilir. Əvvəlki iki bənd Riçard Haass və Şarl Kupçanın “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində birbaşa göstərilir. Planda eyni zamanda, Ukrayna uzun müddət sülhü qoruyacaq uzunmüddətli təhlükəsizlik arxitekturası sistemi qurur”.

“Hesab edirəm ki, Tramp əvvəlcə AFPI-nin planına uyğun olaraq Ukraynaya müəyyən ultimatumlar göndərəcək. Eyni zamanda, Putinə müvafiq “qırmızı xətlər” elan ediləcək. Üstəlik, Kreml rəhbərinə xəbərdarlıq ediləcək ki, əks halda, Pompeonun “döyüşkən planı” işə düşəcək. Bütün bu ssenarilər Kiyev üçün çox xoşagəlməzdir. Lakin daha yaxşı şərtlərlə danışıqlar aparmaq yalnız o halda mümkündür ki, müxtəlif siyasi baxışlı elita və xalq birləşsin”, - deyə Denisenko məqaləsini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri