Trampın Sülh Şurası BMT ni kölgə altına ala bilər Tural Gəncəliyev
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Bir sıra Avropa ölkələrinin rəhbərləri ABŞ Prezidenti Donald Trampın Davosda irəli sürdüyü yeni beynəlxalq təşəbbüsdən - Qəzza ilə bağlı planı çərçivəsində gündəmə gətirilən və “Sülh Şurası” adlandırılan qurumdan narahatlıq ifadə edirlər. Onlar bu təşəbbüsün faktiki olaraq Birləşmiş Millətlər Təşkilatına alternativ beynəlxalq strukturun yaradılması ilə nəticələnə biləcəyindən ehtiyatlanırlar.
Bu baxımdan sual yaranır: Trampın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan bu qurum real olaraq BMT-ni əvəz edə bilərmi?
Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, Donald Trampın Sülh Şurası təşəbbüsü yalnız Qəzza sektorunun nəzarətə götürülməsi və idarə olunması ilə bağlı deyil:
"Eyni zamanda bu təşəbbüs beynəlxalq təşkilatları, xüsusilə BMT-ni əvəzləmək ambisiyasını da daşıyan yeni bir qurum kimi nəzərdən keçirilir. Artıq bir çox ölkəyə bu yeni quruma qoşulmaq təklifləri və dəvətnamələr göndərilib və bir çox ölkələr bu təklifi qəbul edib. Lakin bəzi Avropa ölkələri, xüsusilə Fransa, bu təşəbbüsə qoşulmaqdan imtina ediblər. Onlar əsaslandırırlar ki, BMT-ni əvəzləyəcək yeni bir quruma ehtiyac yoxdur və Trampın təşəbbüsünə skeptik yanaşırlar. Ümumiyyətlə, Sülh Şurası Trampın ABŞ Respublikaçılar administrasiyasının beynəlxalq münasibətlər sistemini yenidən nəzərdən keçirilməsi və formatlanması istiqamətində atdığı ardıcıl addımların məntiqi davamıdır. Hakimiyyətə gəldiyi andan etibarən Tramp BMT və NATO kimi beynəlxalq təşkilatların öz funksiyalarını yerinə yetirmədiklərini tənqid edirdi. Bir neçə həftə əvvəl isə Tramp ABŞ-nin 60-a yaxın beynəlxalq təşkilatdan çıxdığını açıqladı və bu təşkilatların əksəriyyəti BMT-nin nəzdində fəaliyyət göstərən qurumlardı. Beləliklə, Tramp yeni beynəlxalq təşkilatı olan Sülh Şurası üçün zəmin hazırlayır və BMT-nin diskreditasiya edilməsi, eləcə də digər beynəlxalq qurumların funksionallığının pozulması barədə fikirlər səsləndirirdi".
Millət vəkilinin fikrincə, Sülh Şurası təkcə Qəzza sektoru ilə məhdudlaşmır, bu, yeni bir beynəlxalq təşkilatın yaranmasıdır.
"ABŞ tərəfinin təşəbbüsü ilə qurulacağı üçün, Trampın bu təşkilatın daimi sədri olması planlaşdırılır. Həm daimi üzvlər, həm də müvəqqəti üzvlər olacaq. Bu, yeni beynəlxalq sistemin və münasibətlər sisteminin reallığıdır. Tarixə nəzər saldıqda, görürük ki, beynəlxalq təşkilatlar böyük müharibələrdən sonra yaranıb. Məsələn, 1815-ci ildə Napoleon müharibələrindən sonra Vyana konqresi çağırıldı və yeni bir güc sistemi formalaşdı. Birinci Dünya müharibəsindən sonra 1919-cu ildə Paris Sülh Konfransı çağırıldı və nəticədə Millətlər Liqasının yaranmasına səbəb oldu. İkinci Dünya müharibəsindən sonra isə Yalta və Potsdam konfransları nəticəsində BMT yaranmış və Millətlər Liqasını əvəzləmişdir. İkinci Dünya müharibəsindən sonra ABŞ BMT-yə paralel olaraq digər beynəlxalq təşkilatların yaradılmasında maraqlı olub. Məsələn, 1949-cu ildə NATO yaradıldı və ABŞ-nin təşəbbüsü ilə Böyük Yeddilik, Böyük İyirmilik kimi təşkilatlar formalaşdı. Sovetlər İttifaqının dağılmasından sonra, ABŞ NATO-nun genişlənməsi planını həyata keçirdi. Müasir dövrdə üzləşdiyimiz bu Sülh Şurası beynəlxalq təşkilatına çevrilməsi çox ciddi bir məsələdir və bunun cavabını Tramp administrasiyasının sona çatmasından sonra daha aydın şəkildə görəcəyik. Xüsusilə, növbəti ABŞ administrasiyası, məsələn, Demokratlar hakimiyyətə gəldikdə, bu təşəbbüsə dəstək verəcəklərmi? Bunu zaman göstərəcək. Lakin indiki vəziyyətdə, ən azı yaxın iki il ərzində, Sülh Şurasının BMT-ni və digər beynəlxalq təşkilatları kölgə altına alacağı və yeni bir beynəlxalq təşkilat kimi meydana çıxacağı gözlənilir. Mən bunu belə görürəm, ancaq gələcək ABŞ hökumətlərinin fikirləri bu təşkilatın davamlılığına təsir göstərəcək", - deyə Tural Gəncəliyev əlavə etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Yanvar 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















