Icma.az
close
up
RU
Trampın tarif müharibəsi: Belçika hesab edir ki, Aİ “eyni enerji ilə” cavab verməlidir

Trampın tarif müharibəsi: Belçika hesab edir ki, Aİ “eyni enerji ilə” cavab verməlidir

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın ticarət müharibəsinə cavab verməlidir. 

Qaynarinfo xəbər verir ki, buna əmin olan Belçikanın xarici işlər naziri Maksim Prevodur.

"ABŞ liderinin Aİ haqqında alçaldıcı fikirləri və eləcə də ABŞ-ın növbəti addımları bizi eyni enerji ilə reaksiya verməyə sövq etməlidir”, - Prevo deyib.

O hesab edir ki, Aİ Trampın 450 milyonluq bazara münasibətini dəyişməyə məcbur etməlidir.

Prevonun fikrincə, Aİ-nin mümkün cavab variantlarından biri böyük texnologiya şirkətlərinə yönəlmək ola bilər ki, bu da Vaşinqtonun ən həssas nöqtəsinə zərbə vurmuş olar.

"Biz bilirik ki, ABŞ-ın ən həssas reaksiya verəcəyi sahələrdən biri bütün rəqəmsal komponentlərdir. Şəxsən mən bunun cavab tədbirlərinin bir hissəsi kimi istifadə olunmasının tərəfdarıyam”, – deyə o bildirib.

Bundan əlavə, o, Aİ-nin indiyə qədər heç vaxt istifadə etmədiyi məcburiyyətə qarşı mübarizə alətinin işə salınmasının mümkünlüyünü nəzərdən keçirməyə çağırır.

Bu mexanizm Trampın birinci prezidentlik dönəmindən sonra hazırlanıb və ticarət diskriminasiyasına genişmiqyaslı cavab tədbirlərinin, məsələn, kvotaların, tariflərin və ya xarici investisiyalara məhdudiyyətlərin tətbiq edilməsinə imkan yaradır.

"Bu müharibə, xüsusən də tariflər baxımından, bumeranq effekti yaradır. Tariflərdən istifadə edənlər onun geri qayıtdığını unudurlar", – deyə Prevo vurğulayıb.

Xatırladaq ki, martın əvvəlində Tramp bütün dünyadan ABŞ-a idxal edilən polad və alüminiuma 25 faiz tarif tətbiq edib. Buna cavab olaraq, Avropa Komissiyası martın 12-də Harley-Davidson motosiklləri, cins şalvar və burbon kimi simvolik Amerika məhsullarına tariflər tətbiq edəcəyini elan edib. Ertəsi gün Tramp Fransa və digər Aİ ölkələrindən gətirilən bütün şərablar, şampan və alkoqollu içkilərə 200 faiz rüsum tətbiq edəcəyini bildirdikdə, Avropa Komissiyası əks tədbirləri aprelin ortalarına qədər təxirə salıb.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri