Icma.az
close
up
RU
Trampın təhdidi, Xameneinin “B planı” İranda nə baş verir? Açıqlama

Trampın təhdidi, Xameneinin “B planı” İranda nə baş verir? Açıqlama

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İranda ötən həftənin əvvəllərindən başlayan etiraz aksiyaları səngimək bilmir.

Bakupost.az xəbər verir ki, Tehranda alovlanan iğtişaşlar sonradan ölkənin digər böyük şəhərlərinə yayılıb. Yeni il ərəfəsində qonşu ölkədə birdən-birə etirazların baş qaldırmasının səbəbi nədir? Hazırda baş verənlər İran üçün nələr vəd edir?
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Bakupost.az -a bildirib ki, İranda 2000-ci illərdən başlayaraq hər 5-7 ildən bir bu cür iğtişaşlar baş verir:
"Sonuncu dəfə üç il bundan qabaq - 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümü ilə əlaqədar etirazlar baş vermişdi. O zaman polisin açdığı atəş nəticəsində xeyli aksiyaçı öldürülmüşdü”.

E.Şahinoğlunun sözlərinə görə, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır:
“Təsadüfi deyil ki, ilk etirazı Tehranda dükan sahibləri etdilər. Tacirlər xaricdən dollarla aldıqları məhsullarını ölkə valyutasının həddindən artıq dəyər itirməsi və bahalaşma üzündən sata bilmirlər. Amma böyüyən etirazlarda artıq siyasi şüarlar da səslənir və vəziyyət getdikcə gərginləşir.
Prezident Məsud Pezeşkianla mühafizəkarlar arasında fikir ayrılığı dərinləşib. İran prezidenti etirazçılarla dialoqun tərəfdarıdır. Amma mühafizəkarlar sərt siyasət tələb edir. Polis aksiyalarda atəş açıb, ölən və yaralananlar var. Belə görünür ki, gərginlik bir müddət də davam edəcək. İran mühafizəkarları bu hadisələr zamanı həmişə xarici düşmən – ABŞ və İsraili səbəb kimi göstərirlər. Halbuki Pezeşkian etiraf etmişdi ki, problemlərin kökü İranın özündədir. Xarici düşmən axtarmağa ehtiyac yoxdur. Əlbəttə, İran iqtisadiyyatı sanksiyalara görə ağır durumdadır. Amma bu da İranın uranı zənginləşdirmək siyasətini davam etdirdiyi, Hizbullah, HƏMAS kimi terrorçu qruplaşmaları maliyyələşdirdiyi üçün tətbiq olunub”.
Trampın “etirazçılara güc tətbiq edilərsə, İrana müdaxilə edəcəyik” təhdidinə münasibət bildirən politoloq bildirdi ki, ABŞ Venesuelada gücünü göstərdi: “ABŞ bir tərəfdən Latın Amerikası ölkəsinin neftinə sahib çıxmağa çaılışır, digər tərəfdən isə Çin, Rusiya, İran kimi rəqib və düşmən ölkələrin qitə ilə əlaqəsini qırmaq istəyir. Sanki buna artıq nail oldu. Trampın bu hadisələrin davamı kimi İranla bağlı da hədəsi var. Amma ABŞ-nin müdaxiləsi ən pis ssenari olacaq. Bu etirazçılardan daha çox mühafizəkarların işinə yarayacaq. Çünki onlar xalqı ümumi düşmənlə birliyə çağırır. Necə ki, 12 günlük müharibədə bunun şahidi olduq. Bununla belə inanmıram ki, indiki mərhələdə müdaxilə olsun. Çox güman ki, Vaşinqton hadisələri müşahidə edəcək”.
“The Times”ın yazdığına görə, İranın dini lideri Xamenei “B planı” kimi ailəsi və 20 nəfər tərəfdarı ilə birlikdə Rusiyaya qaçmağı düşünür. Bu versiyaya münasibət bildirən Elxan Şahinoğlu hesab edir ki, belə məlumatların yayılmasında məqsəd İranda həm mühafizəkarlar arasında, həm də bütövlükdə ölkədə fikir ixtilafı yaratmaqdır. Xameneinin də Bəşər Əsəd kimi ailəsi ilə birlikdə Moskvaya qaçacağı barədə fikirlər yayılır. Əslinə baxsaqŞ onun başqa gedəcək yeri də yoxdur. Ərəb ölkələri ABŞ-nin müttəfiqidir. Çinə getməz. Bircə Rusiya qalır. Amma məsələ hələlik o həddə gəlib çatmayıb. ABŞ kəşfiyyatının media vasitəsilə bu məlumatı yaymaqda məqsədi ölkədə fikir ayrılıqlarını dərinləşdirmək və parçalanma yaratmaqdır. Bununla da dini rejimin mövqeyi getdikcə zəifləyəcək. Çünki o, xəstədir və başına bir iş gələrsə, rejimin aqibətinin necə olacaəı bəlli deyil. Bu plan ancaq mühafizəkarlar özlərinin məğlub olduqlarını hiss etdikləri zaman həyata kerçiriləcək”.
Cavid, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri