Icma.az
close
up
RU
Trampın ticarət siyasəti ABŞ nin xarici ticarət əlaqələrini necə dəyişdirəcək?

Trampın ticarət siyasəti ABŞ nin xarici ticarət əlaqələrini necə dəyişdirəcək?

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Amerikanı Yenidən Möhtəşəm Edək” (MAGA) vədləri ilə ABŞ seçkilərində qələbə qazanan prezident Donald Trampın yeni tarif siyasəti xarici ticarət tərəfdaşlarının narahatlıqlarına səbəb olub. Maraqlıdır, Trampın MAGA hərəkatı beynəlxalq ticarət üçün hansı mənanı daşıyacaq?

Teleqraf.com xəbər verir ki, Trampın ticarət siyasətinin əsas prinsiplərindən biri ABŞ şirkətlərinin mənafeyinin qorunmasıdır. Onun bu strategiyası iqtisadiyyatı böyütmək və məşğulluğu artırmaq məqsədi daşıyır.

Donald Tramp Kanada və Meksikadan idxal olunan mallara 25, Çindən idxal olunan mallara isə 10% gömrük rüsumu tətbiq etməyi qərara alsa da, ötən gün Meksika və Kanadaya qarşı tariflərin tətbiqi ilə bağlı qərarına 30 günlük fasilə verdi.

Ən son məlumatlara görə, keçən il Meksika ABŞ-nin əsas ticarət tərəfdaşı olub və əməliyyatların həcmi 776 milyard avro təşkil edib. Bu, ABŞ-nin ümumi ticarətinin 15.9%-i deməkdir.

İkinci yerdə 14.3% payla Kanada qərarlaşıb. Kanadanı Çin və Almaniya müvafiq olaraq 10.9% və 4.4% payla izləyib.

ABŞ-nin Meksikadan idxal etdiyi malların dəyəri 466.6 milyard avro olduğu halda, ixrac etdiyi malların dəyəri 309.4 milyard avro təşkil edir. Bu, ABŞ-nin Meksika ilə ticarət kəsirinin olduğunu göstərir.

ABŞ-nin Kanada ilə xarici ticarətində də kəsir var: Kanadadan idxal 377.2 milyard avro, Kanadaya ixrac isə 322.4 milyard dollar təşkil edir.

Çindən ABŞ-yə idxalın dəyəri 401.4 milyard avro olduğu halda, ötən il ABŞ-nin Çinə ixracı 131.0 milyard avroya bərabər olub.

ABŞ-nin bir çox ölkə ilə ticarət kəsiri mövcuddur, yəni ölkə daha çox alır, nəinki satır. Lakin Avropa ilə vəziyyət fərqlidir.

ABŞ Niderland kimi ölkələrə daha çox ixrac edir. 2023-cü ildə ABŞ-nin Niderlandla ticarət və investisiya əlaqələri 1,077,956 amerikalının məşğulluğunu dəstəkləyib.

Böyük Britaniyaya gəldikdə isə, burada da ticarət profisitlə icra olunub. Yəni britaniyalılar ABŞ-dan daha çox alır, nəinki ora ixrac edirlər.Böyük Britaniyanın Milli Statistika İdarəsi 2023-cü ildə ölkənin ABŞ ilə ticarət profisitinin 71.4 milyard funt sterlinq (88.19 milyard dollar) olduğunu qeyd edib.

Digər tərəfdən, ABŞ-nin İqtisadi Analiz Bürosu (BEA) 14.5 milyard dollar (14.2 milyard avro) profisit qeydə alıb – bu da ABŞ-nin ixracında Birləşmiş Krallığın mühüm yer tutduğunu deməyə əsas verir.

Bütün bunların fonunda prezident Donald Tramp Avropa mallarına da tariflər tətbiq edəcəyini bildirib.

"Onlar bizim kənd təsərrüfatı məhsullarımızı qəbul etmirlər. Demək olar ki, heç nə almırlar, amma biz onlardan hər şeyi alırıq,” deyə o jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Trampın tarif siyasətinin əsas səbəbi ABŞ-nin biznes şirkətlərini təşviq etməkdir.

Xarici rəqabəti dəf etmək ABŞ şirkətlərinə kömək etsə də, mütəxəssislər bir sıra risklərə diqqət çəkiblər. Xüsusilə, əgər ABŞ şirkətləri xaricdən mallar almağa davam etsələr, xarici tədarükçülərin qiymətləri eyni səviyyədə saxladığı təqdirdə, onların xərcləri arta bilər. Bəzi ABŞ şirkətləri bu əlavə xərcləri istehlakçılara ötürməyi seçə bilər, bu da malların və xidmətlərin qiymətinin artmasına səbəb ola bilər.

Əgər qiymətlər əhəmiyyətli dərəcədə artarsa, bu, həmçinin Federal Ehtiyat Sisteminin inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini artırmasına gətirib çıxara bilər. Bu da kreditləşməni məhdudlaşdıracaq, məşğulluğa mənfi təsir göstərəcək.

Tariflərin digər bir təsiri dolların dəyərinin artmasıdır. Bu da amerikalı ixracatçıların məhsullarını qlobal bazarda daha az rəqabətli edə bilər.

Kiel İnstitutu və Bielefeld Universitetinin iqtisadçısı Culian Hinz "Euronews"a bildirib ki, ABŞ-nin yeni tarif siyasətinin Avropaya təsiri məhdud olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri