Azərbaycan Gürcüstanla ticarət əlaqələrini genişləndirir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycanla Gürcüstan arasında bu ilin ilk 9 ayında ticarət dövriyyəsi 900 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin ümumi nəticəsini artıq üstələyib.
XQ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat brifinqində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına indiyədək 4 milyard ABŞ dolları investisiya yatırılıb. Bu vəsaitin 2,1 milyard dolları SOCAR-ın payına düşür.
Onun sözlərinə görə, Gürcüstandan Azərbaycana yatırılan investisiyaların həcmi isə 460 milyon ABŞ dolları təşkil edir.
Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq geniş potensiala malikdir və qarşılıqlı investisiyalar, ticarət əlaqələri, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Noyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















