Icma.az
close
up
RU
Trampın Ukrayna məsələsində ikinci cəhdi: Bu dəfə istəyinə nail olacaqmı?

Trampın Ukrayna məsələsində ikinci cəhdi: Bu dəfə istəyinə nail olacaqmı?

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


ABŞ Prezidenti Donald Tramp adminstrasiyası yenidən Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq istiqamətində fəaliyyətə start verib. Trampın ABŞ-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü, onun xüsusi nümayəndəsi Stiv Uitkoffla kürəkəni Cared Kuşnerin yaxınlarda Kiyev və ardınca Moskvaya ehtimal edilən səfərləri belə deməyə əsas verir ki, Ağ Ev yenidən diqqətini Ukrayna savaşına yönəltməyə başlayıb.


Qeyd edək ki, İranla ABŞ arasında yaşanan gərginlik fonunda xeyli müddət idi ki, Vaşinqton iki slavyan ölkəsi arasındakı qarşıdurmaya diqqət ayıra bilmirdi. Ona qədər ABŞ-nin həmin münaqişəyə son qoymaq yolunda səyləri isə göründüyü kimi heç bir nəticə verməyib. Əksinə, müharibə tərəfləri bir-birinə qarşı hücumları daha da intensivlşdiriblər.

Belə bir vəziyyətdə Tramp yenidən Ukrayna ilə Rusiya arasında sülhün, bu mümkün olmasa, ən azından atəşkəsin əldə olunmasına çalışır.

Bacaracaqmı, yoxsa yenə də əvvəlki vəziyyət təkrarlanacaq?

Siyasi şərhçi Tural Rzayev Bakupost.az-a bildirib ki, Tramp müharibəni bitirməklə bağlı müəyyən addımlar atmağa çalışır:

“Tramp əvvəldən bu müharibənin əleyhinə olub. Bildirib ki, o zaman hakimiyyətdə olsaydı, müharibə heç başlamazdı, bu müharibəni o deyil, əvvəlki prezident Co Bayden başlayb. Bu əsasda da hakimiyyətə qayıdışında müharibəni bir neçə günə bitirəcəyini deyirdi. Tramp həmin istiqamətdə çox çalışdı. Putinlə Ankoric görüşündə də çalışdı ki, ortaq məxrəc əldə edilsin. Ukraynaya hətta təzyiq də etdi ki, itirilmiş ərazilərlə barışsın. Bunların alınmaması ilə ABŞ prosesdən uzaqlaşdı və diqqətini Yaxın Şərqə yönəltdi”.

Ekspert qeyd edir ki, ABŞ indi iki cəbhədə müharibə aparmaq istəmir. Ona görə də cəbhələrin birini bağlamağa çalışır:

“Qlobal maliyyə qurumları da Ukrayna məsələsində aktivdirlər. Onlar çalışır ki, ABŞ açıq şəkildə prosesə müdaxilə etsin və Rusiyaya qarşı mövqe tutsun. Belədə, qlobal maliyyə qurumları ola bilsin Trampa Ukrayna məsələsini bitirməklə bağlı təzyiq də edir”.

Digər tərəfdən, müsahibimizin fikrincə, Trampın Ukrayna məsələsində yenidən aktivləşməsində, Rusiya ilə qarşılıqlı anlaşma istəyi də dayana bilər:

“Vaşinqton Rusiyanın İrana lazımi dəstək göstərməməsində maraqlıdır. Əvəzində, Amerika da Ukraynaya dəstək göstərməyə bilər.

İndiki halda danışıqlar sanki arxa planda qalıb. Eyni zamanda, Ukraynanın Rusiyaya zərbə vurmaq imkanarı artıb. Belə bir vəziyyətdə Ukrayna özü üçün daha yaxşı şərtlər istəyir. Tramp mövcud situasiyada Rusiya ilə uyğun bir məqam tapsa, qlobal maliyyə elitası, hökumət daxilindəki müharibə tərəfdarları və Ukraynanı dəstəkləyən Avropanın müqavimətini qıra bilsə, yenə də Kiyevi sülhə məcbur etməyə çalışacaq”.

Rüfət Sultan,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Avqust 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri