Trampın Ukrayna planı üzə çıxdı: Yeddi bəndlik sənəddə elə şeylər yazılıb ki...
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
ABŞ nümayəndələri Ukraynaya münaqişənin həlli üçün yeddi bənddən ibarət sülh planı verməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, birinci və ikinci bəndlər dərhal atəşkəs və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqları nəzərdə tutur.
“Üçüncü bənd isə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmaq imkanını saxlamaqla, NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlıdır. Dördüncü bənddə Rusiyanın Krım üzərində suverenliyinin tanınması, beşincidə 2022-ci ildə Rusiyanın tərkibinə daxil olmuş ərazilərin ABŞ tərəfindən faktiki olaraq tanınması yer alır”.
Planın altıncı bəndində Ukraynanın ABŞ-la mineral ehtiyatlara dair saziş imzalayacağı, yeddinci bənddə isə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması, o cümlədən bütün sanksiyalarının götürülməsi və iki ölkə arasında enerji sektorunda əməkdaşlığa başlanılması imkanları yer alır:
“Planda Zaporojjya AES-in ABŞ-ın nəzarətinə verilməsi təklifi də var. ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloq bu planı Londonda keçiriləcək görüşdə Kiyevə təqdim edəcək. Bundan sonra ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Rusiya rəhbərliyini təkliflə tanış etmək üçün Moskvaya gedəcək”.
Qəzetin məlumatına görə, bunun müqabilində Ukrayna Avropadan etibarlı təhlükəsizlik zəmanəti, Xarkov vilayətinin bir hissəsinin geri qaytarılması, kompensasiya və yenidənqurma işlərində yardım alacaq.
Günay Rəsulqızı
Globalinfo.az
Baxış sayı:86
Bu xəbər 23 Aprel 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















