Icma.az
close
up
RU
Xəzərin suyu çəkildi, elə şeylər üzə çıxdı ki… VİDEO

Xəzərin suyu çəkildi, elə şeylər üzə çıxdı ki… VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə yayılan bir video geniş rezonans doğuraraq ciddi müzakirələrə səbəb olub. Videoda Xəzərin suyunun geri çəkilməsi nəticəsində uzun müddət dənizin altında qalan əşyaların üzə çıxdığı görünür. Lakin burda əsas məsələ həmin əşyaların qıfıl və metal parçalarından ibarət olmasıdır. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu obyektləri dənizə atılmış cadularla, sehirlərlə və metafizik müdaxilələrlə əlaqələndiriblər. Məhz bu cür şərhlər qısa zamanda yayılaraq qorxu, təşviş və əsassız fərziyyələrin artmasına, hadisənin elmi və məntiqi izahının isə arxa plana keçməsinə səbəb olub.

Bununla bağlı ilahiyyatçı Mircəfər Əyyubov Avtosfer.az-a bildirib ki, İslam dininə görə, cadu bir bacarıq kimi həqiqətdir, yəni realdır. Lakin ona inanmaq böyük günahdır:
“Ancaq cadugərliyə inanmaq, cadugərə etibar etmək, müraciət etmək və cadudan istifadə etmək qadağan olunub, haram sayılıb. Ümumiyyətlə, insan həyatını real və əsaslı məsələlər üzərində qurmalıdır. Kənar, ikinci dərəcəli, metafizik məsələlər bəzən insanın ümid mənbəyini məhv edir, bəzən isə insanda yalan və həddindən artıq ümid yaradır. Cadugərlik müsəlmanların işi deyil. Əksinə, müsəlmanların əleyhinə olanların məşğuliyyətidir.
İlahiyyatçı vurğulayıb ki, adətən tənbəl və özündə günah görməyən insanlar sehrə və cadugərliyə müraciət edirlər:
“Məsələn, bir insanın işi gətirmədikdə, bunun səbəbini öz günahlarında yox, başqalarının cadusunda axtarır. Cadu müəyyən təsir gücünə malikdir. Amma bu, çox nadir hallarda baş verən bir məsələdir. Belə desək, adi, sıravi bir insanla kimin nə işi ola bilər ki, kimsə ona cadu etsin, qarşısını alsın? İnsan nə kimi böyük ictimai təsir yaradır ki, kimlərsə onun yolunu cadu ilə kəssin? Bunlar əksər hallarda əsassız düşüncələrdir. İnsan həyatını günah və səbəb anlayışı üzərində qurmalıdır”. 

Psixoloq Aytən Ələkbərova isə deyib ki, insanların caduya və ümumiyyətlə falçılara olan münasibəti daha çox bir bağlılıq xarakteri daşıyır:
“Çünki insan ən son ümidini itirdiyi anda psixoloji vəziyyətinə təsir edən məqamlarla üz-üzə qalır. Bəzən görürük ki, hər yerdən əli üzülən bir insan dərhal düşünür: “Bəlkə mən kiməsə baxdırım?” Bunun səbəbi isə ətraf mühitdə, xüsusilə insanların şüuraltına yeridilən fikirlərdir: “Bəlkə sənə nəsə ediblər?”, “Bəlkə işlərinin düz getməməsinin səbəbi cadudur?” Bu cür manipulyativ söhbətlər dostlar arasında, rəfiqələr arasında, ümumiyyətlə insanların bir-biri ilə ünsiyyətində tez-tez yayılır. İnsan düşünür ki, ailəsinə qarşı kimsə qəsdən nəsə edir, onu çökdürmək istəyir və bu düşüncələr onu birbaşa falçılara yönəldir”.

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə yayılan manipulyativ paylaşımlar da bu təsiri daha da artırır. Elə görüntülər və paylaşımlar var ki, insan onları gördükdən sonra uzun müddət təsirindən çıxa bilmir. Çünki neqativ məlumat insan psixikasına hər zaman daha güclü təsir edir:
“Psixoloji baxımdan insanlar bu tip paylaşımlarla qarşılaşdıqda artıq onların təsiri altına düşməyə daha meyilli olurlar. Burada məsələ yalnız savadsız və ya cahil insanlarla bağlı deyil. Mən özüm yüksək təhsilli, hətta alim səviyyəsində olan şəxslərin belə gəlib deməsinin şahidi olmuşam ki, “mənə cadu ediblər”, “ona görə işimə getməyə belə həvəsim qalmayıb”. İnsan yanlış inanclarla öz psixoloji durumunu daha da ağırlaşdırır. Bütün müsahibələrimdə və apardığım müşahidələrdə, eləcə də psixoloji analizlər nəticəsində gəldiyim qənaət budur ki, insan son ümidinə sarıldığı anda demək olar ki, hər şeyə inana bilən bir varlığa çevrilir. Bu da cadu və fal kimi inancların niyə bu qədər təsirli olmasının əsas səbəbidir”.
Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri