Icma.az
close
up
RU
“Trampın Ukrayna üçün “sülh planı“: Qərbin aparıcı mediası nə deyir?

“Trampın Ukrayna üçün “sülh planı“: Qərbin aparıcı mediası nə deyir?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"28 maddəlik razılaşma təklifi həm Avropada, həm də Kiyevdə ciddi narahatlıq doğurur..."

NATO-dan imtina və ərazi güzəştləri

Moderator.az xəbər verir ki, "The Wall Street Journal" bu planın əsas xüsusiyyətini belə təsvir edir: Ukrayna NATO üzvlüyündən imtina etməli, Donbası və faktiki olaraq Rusiya tərəfindən anneksiya edilmiş ərazilərin böyük hissəsini güzəştə getməlidir. Nəşr vurğulayır ki, Tramp üçün prioritet ərazi məsələləri deyil, döyüşlərin dayanmasıdır. Məqalədə qeyd olunur: "Tramp öz missiyasını itirilmiş əraziləri geri qaytarmaq yox, müharibəni dayandırmaq kimi görür". Plan həmçinin Ukraynaya beynəlxalq sülhməramlıların yerləşdirilməsinə qadağa, ordunun ixtisara salınması və uzunmüddətli təhlükəsizlik müzakirələri təklif edir.

Avropa çaşqındır və kənarda qaldığını hiss edir

"Politico" nəşri yazır ki, Avropa dövlətləri "şok yaşayıb", çünki planın hazırlanmasında nə Brüssel, nə Berlin, nə də London iştirak edib. Jurnal qeyd edir ki, "əgər ABŞ Rusiya ilə razılığa gələrək Ukraynadan torpaq tələb edirsə, bu, təcavüzkarı mükafatlandırmaq presedenti yaradır". Avropalı mənbələrdən biri deyib: "Bu plan Ukraynaya deyil, Kremlin gözləntilərinə yazılıb".

"Donbasın icarəsi” ideyası və məntiqsizlik mübahisəsi

"The Telegraph" nəşri  planın bir detalını xüsusilə vurğulayır: Ukrayna Donbası tam şəkildə təslim etməyəcək, sadəcə Rusiyaya uzunmüddətli icarəyə verəcək. Bu ideya Trampın biznes düşüncəsinin siyasi sahəyə daşınması kimi təqdim olunur. Lakin nəşr həmçinin xəbərdarlıq edir: "Belə mexanizm Krımı "zamanla həll olunacaq mübahisəli ərazi’ statusuna çevirmək riski yaradır və Moskva üçün geosiyasi qələbə hesab ediləcək".

"Bu plan kapitulyasiyaya bərabərdir"

"The Guardian"-ın mövqeyi daha sərtdir. Məqalədə deyilir ki, plan Ukraynanın hüquqi, hərbi və siyasi suverenliyini məhdudlaşdırır və buna görə "Kiyevdə birbaşa kapitulyasiya kimi qəbul ediləcək". Qəzet xatırladır ki, Zelenski əvvəllər bu tip təklifləri "qəbuledilməz və təhlükəli" adlandırıb.

"Plan reallığa tab gətirəcəkmi?:

Qərbin bəzi analitikləri planı yalnız siyasi deyil, həm də praktiki cəhətdən qeyri-real hesab edir. "The Telegraph" nəşrinin analitiki DePetris yazır: "Əgər ABŞ Ukraynaya təhlükəsizlik təminatı verəcəksə, bu NATO üzvlüyündən nə ilə fərqlənir?" Əsas sual belə qoyulur: ABŞ Putini dayandıra biləcəksə, niyə bunu müharibənin əvvəlində etməyib?"

Bu təhlillər göstərir ki, Qərb mediasında Trampın planı barış çağırışı kimi yox, daha çox Ukraynanın məcburi güzəşti, Avropanın prosesdən kənarda qalması, Rusiyanın strateji qazancı kimi qəbul edilir.

Planın mərkəzində "müharibəni dayandırmaq" ideyası olsa da, Qərbin aparıcı KİV-lərinə görə, bu sənəd yaxşı hazırlanmış diplomatik çərçivədən daha çox, geosiyasi risklər və suallar doğuran kompromiss paketidir.

Moderator.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri