Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ölümdən sonra insanı nə gözləyir?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ötən onilliklərin solmayan kinolentləri

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Trampın Ukrayna sülh planı: atəşkəs əvəzinə zəmanət

Trampın Ukrayna sülh planı: atəşkəs əvəzinə zəmanət

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın 18 avqustda təşkil etdiyi ikitərəfli və çoxtərəfli görüşlər müsbət reaksiyalarla başa çatdı. Lakin Kiyev və Avropa üçün ən ağrılı mövzularda konkret nailiyyətlər o qədər də çox deyildi.

Prezident Tramp son qərarla atəşkəs ideyasını rədd etdi və tam miqyaslı sülh sazişi əldə etməyə üstünlük verdi. O, həmçinin ABŞ-ın Rusiya ilə razılaşma çərçivəsində Ukraynanın təhlükəsizliyini təmin etməyə kömək edəcəyini vəd etdi, lakin bu zəmanətlərin parametrləri hələ razılaşdırılmalıdır. Ən gərgin ərazi məsələsi ilə bağlı qərarlar isə görünür, ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli sammitinə qədər təxirə salındı. Vaşinqton görüşü barədə ümumi fikir budur ki, Qərb Ukrayna məsələsində vahid mövqe sərgilədi və Ukrayna-Rusiya liderlərinin danışıqlarına eyni cəbhədə hazırlaşmağa razılaşdılar.

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evdəki danışıqların əsas nəticələrindən biri, hər iki siyasətçinin bəyanatlarında vurğuladığı kimi, ABŞ-ın Ukraynanın təhlükəsizliyi üçün zəmanətlərin təmin edilməsində iştirak etməyə hazır olması oldu. “Təhlükəsizlik məsələlərinə gəldikdə, əhəmiyyətli yardım göstəriləcək”, – Tramp jurnalistlərə bildirdi və əlavə etdi ki, bu prosesdə Avropa ölkələri də iştirak edəcək. “Onlar birinci müdafiə xəttindədirlər, çünki oradadırlar, lakin biz onlara kömək edəcəyik”, – Ağ Ev rəhbəri səxavətlə əlavə etdi. Hazırda bu yardımın həcmi və detalları məlum deyil, amma Volodimir Zelenski bu vədi “önəmli irəliləyiş” olaraq qiymətləndirdi və bildirdi ki, zəmanətlər “gələn həftə – on gün ərzində kağıza köçürüləcək”. Bundan əlavə, Ukrayna lideri dedi ki, ölkəsi ABŞ-dan təxminən 90 milyard dollar dəyərində silah almaq istəyir, bu isə Trampın xoşuna gələcək.

Dünənki görüşdə Avropanın əksər iştirakçıları Ağ Evdəki ünsiyyəti uğurlu və konstruktiv hesab etdilər. Prezident Trampın ABŞ-ın Ukraynanın təhlükəsizlik sisteminə qoşulması ilə bağlı açıq öhdəliyi isə “irəliləyiş” kimi qiymətləndirildi. Məsələn, Almaniya kansleri Fridrix Merts görüşün nəticəsi olaraq hətta Donald Trampın avropalıların birləşmiş mövqeyindən təsirləndiyini də vurğuladı. Lakin Avropa və ABŞ bəzi məsələlərdə hələ də razılığa gələ bilmirlər. Kansler Mertsin sözlərinə görə, o və Fransa prezidenti Emmanuel Makron istəyirlər ki, Vladimir Putin atəşkəsə razılıq versin: “Düzünü desəm, biz hamımız atəşkəs görmək istəyirik. Gələcək görüşün atəşkəs olmadan keçiriləcəyini təsəvvür edə bilmirəm, buna görə bu istiqamətdə işləyək”.

Ümumiyyətlə, 18 avqust görüşlərinin digər bir nəticəsi danışıqları davam etdirmək barədə ənənəvi razılaşma oldu. Bazar ertəsi axşamı prezident Tramp sosial şəbəkədə paylaşım edərək bildirdi ki, Avropa liderləri ilə görüşün ortasında birbaşa Rusiya liderinə zəng etdi və Zelenski ilə görüşünü tez bir zamanda təşkil etdiyini açıqladı. Bundan sonra ABŞ, Rusiya və Ukrayna prezidentlərinin daha əvvəl elan edilmiş üçtərəfli sammiti keçirilə bilər. Avropa nümayəndə heyətinin mənbəyinə görə, bu ardıcıllıq – əvvəl ikitərəfli, sonra üçtərəfli görüş – ən məqbul variantdır.

Kreml isə hələlik Rusiya prezidentinin Ukrayna lideri ilə təkbətək görüşməyə hazır olduğunu rəsmən təsdiqləmir. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirir ki, 40 dəqiqəlik telefon danışığında Rusiya və ABŞ prezidentləri Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqları dəstəklədiklərini ifadə etdilər (son raund iyunda Türkiyədə keçirilmişdi) və nümayəndə heyətlərinin səviyyəsini artırmaq barədə razılığa gəldilər. Ancaq ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Vladimir Putin dünən axşam (avqustun 18-də-red.) amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirdi.

Məlumat verilir ki, cənab Trampın planına görə, üçtərəfli sammit onun iştirakı ilə keçiriləcək. Görünür, bu zaman tərəflər ən gərgin ərazi məsələsini detallı şəkildə müzakirə edəcəklər. Prezident Zelenski bazar ertəsi danışıqlarda ərazi məsələsinin gündəmə gəldiyini etiraf etdi, amma heç bir detal açıqlamadı və ehyam vurdu ki, bu mövzunu yalnız üçtərəfli görüşdə müzakirə etmək istəyir. Bununla belə, “Bloomberg” xəbər verir ki, ABŞ və Avropa Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşə zəmin yaratmaq üçün Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri vermək üçün dərhal işə başlayacaq. Qeyd olunur ki, təhlükəsizlik təminatları Ukraynanın silahlı qüvvələrinin və qoşunların sayının məhdudlaşdırılması kimi heç bir məhdudiyyət olmadan imkanlarının gücləndirilməsinə yönələcək. Eyni zamanda, tərəfdaşların məqsədi müharibəni dayandırmaq üçün mümkün razılaşmanın bir hissəsi kimi Rusiyanın Ukrayna silahlı qüvvələrinin sayını məhdudlaşdırmaq tələblərindən yayınmaqdır.

Məqalədə deyilir ki, avqustun 18-də Ağ Evdə keçirilən görüşdə ABŞ administrasiyası Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə kömək edəcəyini açıq şəkildə bəyan etdi və bu danışıqlar indiyədək Kiyev və Avropada ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə Alyaskada görüşündən sonra yaranan narahatlığı aradan qaldırdı.

The Wall Street Journal (WSJ) isə ABŞ prezidenti Donald Trampın və Avropa liderlərinin dövlət katibi Marko Rubionun Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması üzrə işçi qrupuna rəhbərlik edəcəyi barədə razılığa gəldiklərini yazır. Qeyd olunur ki, qrupa milli təhlükəsizlik müşavirləri və NATO nümayəndələri daxil olacaq. ABŞ müzakirələrdə “koordinasiya” rolunu oynayacaq. Avropa rəsmilərinin də sözlərinə görə, təhlükəsizlik təminatları dörd komponentdən ibarət olacaq: hərbi mövcudluq, hava hücumundan müdafiə, silahlar və hərbi əməliyyatların dayandırılmasına nəzarət.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see292

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see215

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see176

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see173

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see172

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see171

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see171

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see170

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see169

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see168

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see168

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see167

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see167

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see166

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri