Trampın Ukraynada atəşkəslə bağlı Rusiyaya verdiyi vaxt bitdikdən sonra nə olacaq?
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ongünlük ultimatumun bitdiyi avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmazsa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Oxu.Az-ın RBK-ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ prezidenti Ukraynada atəşkəslə bağlı razılıq əldə olunmazsa, avqustun 8-də nə baş verəcəyi ilə bağlı sualı cavablandırıb.
"Sanksiyalar olacaq, lakin görünür ki, onlar kifayət qədər uğurlu şəkildə bu sanksiyalardan yayınırlar. Bilirsiniz, onlar hiyləgər insanlardır və olduqca uğurlu şəkildə onlardan yayınmağa müvəffəq olurlar, ona görə də görək bundan nə çıxacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, iyulun ortalarında Donald Tramp 50 gün ərzində Ukraynada münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməsə, ABŞ-nin Rusiyadan karbohidrogenlər alan ölkələrə qarşı ikincili rüsumlar tətbiq edəcəyini bildirib. Daha sonra o, ultimatum müddətini 10 günə, avqustun 8-dək qısaldıb. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Con Kelli qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə o vaxta qədər dayandırılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 04 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















