Icma.az
close
up
RU
Trampın Ukraynaya doğru dönüşü: The Telegraph bir zəngin gizli tarixçəsini açıqladı

Trampın Ukraynaya doğru dönüşü: The Telegraph bir zəngin gizli tarixçəsini açıqladı

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Müharibə başlayandan bəri Kiyevə edilən ən irimiqyaslı raket hücumlarının fonunda, Donald Trampın müşaviri, general Kit Kelloqun təşəbbüsü ABŞ-ın Ukrayna ilə bağlı siyasətində dramatik dönüşün başlanğıcı oldu. 

Qaynarinfo xəbər verir ki, bu barədə The Telegraph yazır.

İyulun 4-də Kelloqa Polşadan zəng gəldi – ona Polşanın xarici işlər naziri Radoslav Sikorski zəng etmişdi. Həmin zəngdən sonra general Kelloq Trampa müraciət edərək, Ukraynaya zenit sursatlarının təchizatını bərpa etməyə çağırdı. Həmin gecə Rusiyaya məxsus raket və dronlar Kiyevdəki Polşa konsulluğuna zərər vurdu və bu hadisə Ağ Evin Ukraynaya münasibətində dönüş nöqtəsi oldu.

Kelloqla söhbətdən az sonra Tramp Patriot zenit-raket sistemlərinin Ukraynaya təchizatını dayandıran qərarın ləğvini şəxsən Pentaqona tapşırdı. O, həmçinin müdafiə naziri Pit Hegset ilə əlaqə saxladı. Məhz Hegset Ağ Evə məlumat vermədən Ukraynaya hərbi yardımı dayandırmışdı və bu addım Trampın müttəfiqləri, o cümlədən dövlət katibi Marko Rubio tərəfindən tənqid olunmuşdu.

Tramp həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı apararaq, Ukraynaya hava hücumundan müdafiə sahəsində dəstək söz verdi. Vaşinqtonda bu bəyanat ABŞ-ın münaqişədə rolunun artırılmasına və sülhə nail olmaq üçün fəallığının vacibliyinin etirafı kimi dəyərləndirildi.

NATO müttəfiqlərinin də dəstəyi ilə Tramp növbəti 10 milyard dollarlıq yardım paketi elan etdi. Almaniya kansleri Fridrix Mers və NATO baş katibi Mark Rutte ilə birlikdə razılaşdırılmış bu paketə yeni Patriot sistemlərinin alınması və Ukraynaya göndərilməsi daxil idi. Bu sistemlərin bir hissəsi Almaniya və Norveç tərəfindən maliyyələşdirildi.

Maraqlıdır ki, Ukraynaya göndərilən bu sistemlər əvvəllər İsveçrə üçün nəzərdə tutulmuşdu, lakin Bern öz sifarişinin təxirə salınmasına razılıq verərək, onları Ukraynaya güzəşt etdi. İyul ayında Vaşinqton ABŞ-ın ehtiyatlarını qiymətləndirmək məqsədilə bəzi silahların təchizatını dayandırmışdı — bu ehtiyatlar həm Ukrayna, həm də Yaxın Şərqdəki müharibələrlə tükənmişdi.

Lakin dönüş nöqtəsi Ağ Evin Ukraynaya münasibətindəki dəyişiklik oldu. Prezident Tramp Putinlə telefon danışığı apardı və bu danışıqdan narazı qaldı. O, Ukraynanın kütləvi hücumlardan qoruna bilməsi üçün silah tədarükünün bərpa olunacağını vəd etdi.

ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi 2026-cı maliyyə ili üçün hazırlanmış milli müdafiə qanun layihəsinə əsasən, Ukraynaya 500 milyon dollar təhlükəsizlik yardımı ayrılmasını təsdiqlədi.

İyulun 14-də prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog Kiyevə gəldi və burada bir neçə gün keçirdi. Onun səfəri ərəfəsində prezident Zelenski bəyan etmişdi ki, Ukrayna tərəfdaşlarla birlikdə ölkə daxilində silah istehsalını artırmaq və yeni tədarüklər üzərində işləyir.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri