Tramp Ukraynaya təzyiqi artıra bilər “The Telegraph”
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinə daha tez son qoymaq məqsədilə ölkədə keçirilən aralıq seçkilərdən sonra Kiyevə təzyiqi artıra bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzetində dərc olunan məqalədə bildirilib.
Qeyd edilib ki, Avropa liderləri bəzən Trampa təsir göstərə bilsələr də, ABŞ prezidenti hələ də sülhə nail olmağın ən sürətli yolunun Ukraynanı təslim olmağa məcbur etmək və ABŞ-Rusiya münasibətlərini normallaşdırmaq olduğuna inanır.
Məqalə müəllifinin fikrincə, seçkilərdən sonra Konqresin həm Senatında, həm də Nümayəndələr Palatasında yerlərin əksəriyyətini demokratlar tutarsa, Tramp qərar qəbul etməkdə kifayət qədər sərbəst olmayacaq. Belə ki, Rusiyaya qarşı ən sərt sanksiyaların ləğvi yalnız ABŞ Konqresinin qərarı ilə mümkündür.
“Avropa Volodimir Zelenskini ABŞ-nin təzyiqlərindən qoruyur. Avropa ölkələri bunu, o cümlədən Ukraynaya maliyyə və hərbi yardım göstərməklə həyata keçirirlər”, - məqalədə deyilir.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçirilib. Seçicilər Senatın 100 üzvündən 35-ni və Nümayəndələr Palatasının bütün 435 üzvünü seçiblər. Bundan başqa, 36 ştatda qubernator seçkiləri baş tutub.
Amerika mediasının son proqnozlarına görə, demokratlar Konqresin yeni tərkibində hər iki palatada çoxluq əldə ediblər. Hazırda isə həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq respublikaçılara məxsusdur.
Bu mövzuda digər xəbərlər:Britaniya Ukraynaya qoşun göndərir The Telegraph
17 Fevral 2025 13:49
“The Telegraph”: ABŞ Ər Riyadda Ukraynaya qoşun göndərməməyə razılaşıb
19 Fevral 2025 21:18
“İsrail Ukraynaya qənimət götürülmüş Rusiya silahları göndərir“ “The Telegraph“
27 Yanvar 2025 17:55
“The Telegraph”: Tramp Norveçə qarşı rüsumları sərtləşdirə bilər
10 Oktyabr 2025 18:04
The Telegraph: “Tramp yeni müharibəyə səbəb ola bilər”
04 Fevral 2026 13:14
Baxış sayı:111
Bu xəbər 05 Noyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















