Icma.az
close
up
RU
Trampın Ukraynaya qarşı taktikası bir il əvvəl hazırlanıbmış (DETALLAR)

Trampın Ukraynaya qarşı taktikası bir il əvvəl hazırlanıbmış (DETALLAR)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatları göndərilməsini dayandırmaq qərarı, eləcə də Vladimir Zelenski və Donald Tramp arasında Oval kabinetdəki mübahisə Qərb müttəfiqləri arasında haqlı narazılıq doğurdu. Lakin, ola bilsin ki, onlar buna təəccüblənməməlidirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə The Telegraph yazır.  

"Trampın Ukraynanı ram etmə və onu sülh danışıqlarına məcbur etmə taktikası keçən yay xüsusi elçi Kit Kelloq tərəfindən yazılmış və dərc edilmiş detallı plana uyğundur. Kelloq qeyd edirdi ki, Ukraynaya hərbi yardımın azaldılması Kiyevi danışıqlara məcbur etmək üçün istifadə oluna bilər", – deyə nəşr bildirir.  

Qətlləri dayandırmağın vaxtıdır  

ABŞ atəşkəsin əldə olunmasını və münaqişənin danışıqlar yolu ilə həllini planlaşdırır. Ukraynanın silahlandırılması və onun müdafiəsinin gücləndirilməsi davam edəcək. Lakin gələcəkdə ABŞ-ın hərbi yardımı Ukraynanın Rusiya ilə sülh danışıqlarında iştirak etməsi şərtilə veriləcək.  

Bu planın bu hissəsi məhz Kelloqun dediyi kimi gerçəkləşdi. Tramp Putinlə sülh danışıqlarına başladı, daha sonra isə Vladimir Zelenskini danışıqlar masasına dəvət etdi.  

Kiyev və Vaşinqton mineral ehtiyatlar üzrə razılaşma hazırlayarkən Ukraynaya silah axını dayanmırdı. Lakin Oval kabinetdə baş verən dramatik mübahisədən sonra Tramp Zelenskini müharibəni dayandırmağa hazır olmamaqda ittiham etdi. Nəticədə ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının paylaşımını dayandırdı.  

Kelloq ötən həftə bildirdi ki, silah tədarükünün və kəşfiyyat məlumatlarının paylaşımının dayandırılması "ulağın burnuna çubuqla vurmağa" bənzəyir.  


NATO-ya üzvlük yoxdur  

Putini sülh danışıqlarına razı salmaq üçün prezident Bayden və digər NATO liderləri Ukraynanın Alyansa üzvlüyünün uzun müddət təxirə salınmasını təklif etməlidirlər. Bu, təhlükəsizlik zəmanətləri ilə birlikdə hərtərəfli və yoxlanıla bilən sülh razılaşmasının bir hissəsi olmalıdır.  

Bu güzəşt Trampın danışıqlarından əvvəl artıq Putinə edilmişdi. NATO-nun Brüssel görüşündə ABŞ-ın müdafiə naziri Pit Hegset bəyan etdi: "Amerika Birləşmiş Ştatları hesab etmir ki, Ukraynanın NATO-ya üzvlüyü danışıqlar yolu ilə nizamlanmanın real nəticəsi ola bilər".  

Ukraynanın suverenliyi  

Ukraynadan öz ərazilərini tam geri qaytarmaq hədəfindən imtina etməsi tələb olunmayacaq. Lakin o, güc tətbiq etməkdən çəkinəcək və heç bir irəliləyiş Putinin hakimiyyətdən getməsinə qədər baş verməyəcək.  

Bu situasiya da məhz Kelloqun planında göstərildiyi kimi inkişaf edir. ABŞ rəsmiləri ardıcıl şəkildə bildirirlər ki, Ukrayna sülh müqabilində Rusiyaya ərazi güzəştlərinə getməlidir.  


Rusiya sanksiyaları  

ABŞ və onun müttəfiqləri Rusiyanın Ukrayna üçün məqbul olan sülh sazişinə imza atmasından sonra sanksiyaları tamamilə aradan qaldırmaq və Moskva ilə münasibətləri normallaşdırmaq öhdəliyini götürür.  

Kulis arxasında ABŞ rəsmilərinin müttəfiqləri Moskvanın sanksiyalarının yüngülləşdirilməsi üçün planlar hazırlamağa çağırdığı bildirilir. Reuters-in məlumatına görə, Vaşinqton artıq bəzi Rusiya təşkilatları və şəxslərinə qarşı sanksiyaların necə və nə qədər tez aradan qaldırılacağını müzakirə edir.  

Uzunmüddətli təhlükəsizlik  

ABŞ Ukraynanın maraqlarına uyğun olan razılaşmanı həyata keçirə bilər. Bunun bir hissəsi Ukraynanın müdafiəsi üçün uzunmüddətli təhlükəsizlik arxitekturasının qurulmasını əhatə etməlidir.  

Bir çoxları hesab edir ki, bu hissə – əgər Rusiya danışıqlar aparmazsa və ya mümkün razılaşmanın şərtlərini yerinə yetirməsə – Ukraynanın silahlandırılmasının maksimum səviyyəyə çatdırılacağına dair vəddir. Buraya həmçinin təhlükəsizlik zəmanətləri də daxildir ki, ABŞ onları Ukraynaya təqdim etməyib.  

ABŞ və Ukrayna müharibəsi – son xəbərlər  

Bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio bəyan etmişdi ki, hər hansı bir sülh razılaşması çərçivəsində Ukrayna ərazi güzəştlərinə getməli olacaq.  

O, həmçinin qeyd edib ki, ABŞ, Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında keçiriləcək danışıqların uğurlu olması halında Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsinə qoyulan qadağanı ləğv edə bilər.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri