Trampın xanımı Baydenin oğlunu hədələdi 1 milyar dollar...
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampla keçmiş prezident Co Baydenin oğlu Hanter Bayden arasında qalmaqal yaşanıb.
Globalinfo.az xəbər verir ki, Baydenin oğlu Tramp ailəsinin cinsi istismar və qadın alverində günahlandırılaraq həbs edilən, daha sonra cəsədi tapılan Cefri Epşteinlə əlaqələrini medianın gündəminə gətirib.
Məlumata görə, Hanter Bayden Melaniya Trampla bağlı bir neçə ittiham səsləndirib, birinci xanım bunların əsassız olduğunu bildirib və qəzəblənib.
Hanter Melaniyanı Donald Trampla məhz Epşteinin tanış etdiyini deyib. Nəticədə Melaniya Hanterə məktub göndərərk yalan və böhtan dolu açıqlamaları dayandırmağı tələb edib.
Əgər Baydenin oğlu birinci xanımın tələbini yerinə yetirməsə, Melaniya onu məhkəməyə verəcək və 1 milyard dollar təzminat tələb edəcək.
Əliyar Xəlil
Globalinfo.az


