Trampın xüsusi nümayəndəsi Avropaya yola düşüb
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq Avropaya səfər edib.
Gununsesi.info xəbər verir ki, o, X (Twitter) səhifəsində bu barədə məlumat paylaşıb.
Kelloq bildirib ki, o, “Prezidentin Ukraynada müharibəni dayandırmaq və Avropada sabitliyi bərpa etmək məqsədinə nail olmaq üçün ABŞ-la əməkdaşlığa hazır olan müttəfiqlər və tərəfdaşlarla görüşmək” üçün Avropaya yola düşüb.
“İşləri sürətlə irəlilətmək üçün məhsuldar görüşləri səbirsizliklə gözləyirəm” – deyə o, əlavə edib.
Kelloqunun fevralın 13-dən 22-dək Almaniya, Belçika və Ukraynaya səfər edəcəyini açıqlanıb.
Bildirilib ki, onun Ukraynada rəsmi şəxslərlə görüşü gözlənilir.
Qeyd edək ki, fevralın 12-də Prezident Zelenski bildirib ki, Trampla gələcək əlaqələr və sülh məsələlərini müzakirə ediblər.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 13 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















