Icma.az
close
up
RU
Trampın Avropaya 25 faizlik “qisası”

Trampın Avropaya 25 faizlik “qisası”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Avropa İttifaqına (AI) qarşı gömrük rüsumlarını açıqlayacaq. 

O, 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini deyib. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp Ağ Evdəki ilk kabinet iclasında gündəmə dair qiymətləndirmələr edib. Kanada və Meksikaya tətbiq edilən tarifləri dayandırmayacağını deyən Tramp Kanada və Meksika üzərindən ABŞ-yə gedən milyonlarla insanın öldüyünü iddia edib: 

"Tariflər davam edəcək, hamısı deyil, amma bir çoxu". O əlavə edib ki, Kanada və Meksika üzrə tariflər, eləcə də bütün digər tariflər aprelin 2-dən qüvvəyə minəcək. Aİ-yə hansı səviyyədə tariflərin tətbiq ediləcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Qərar verdik, bunu çox yaxında açıqlayacağıq və bu, bütövlükdə 25 faiz olacaq. Bu, avtomobillərə və digər şeylərə şamil ediləcək. Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün yaradılıb, amma indi mən Prezidentəm". 

Tramp Aİ-nin qisas almağa çalışa biləcəyini, lakin bunun uğurlu olmayacağını bildirib. Trampın Kanada və Meksikaya tarifləri dayandırmamaq qərarı ilə bağlı çaşqınlıq yaranıb, lakin o, tariflərin aprelin 2-də qüvvəyə minəcəyini bildirib. Qeyd edək ki, ABŞ Prezidenti fevralın 1-də imzaladığı sərəncamla Kanada və Meksikadan idxala 25 faiz rüsum tətbiq edib. 

Tariflərin fevralın 4-dən qüvvəyə minəcəyi gözlənilirdi. Tramp tariflərin qüvvəyə minməsindən bir gün əvvəl sərhəd təhlükəsizliyinin artırılması müqabilində Kanada və Meksikaya tariflərin 30 günlük dayandırılacağını açıqlayıb. 

ABŞ Prezidenti Tramp daha əvvəl bəzi sektorlar üçün ikitərəfli tariflər və gömrük rüsumlarının tətbiq olunacağı tarix kimi aprelin 2-nə işarə etmişdi.

Nigar 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri