Trampın xüsusi nümayəndəsi ərəb ölkələrinin planını “xəyal” saydı: Reallıq başqadır, biz...
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında Qəzza zolağı ilə bağlı qəbul edilən planı absurd sayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistləər açıqlama verən Stiv Vitkoffu sözlərinə görə, Ərəb Liqasının planı xəyaldır, bunun gerçəkləşmə ehtiamlı yoxdur.
Stiv Vitkoff bildirib ki, vaxtilə səudiyyəlilər normallaşmadan danışarkən beş illik proqram üzərində işləyirdi: "Onlar qəzzalıların beş ildən sonra yeni təmir olunan və ya tikilən, əraizdə hər cür şərait yaradılmış evlərinə gedəcəklərini düşünürdülər. İndisə Misir belə bir oxşar plan təqdim edib və ərəb ölkələri onu qəbul edib. Mən deyirəm ki, bu plan bir xəyal məhsuludur, absurddur. Yəni, reallıq tamam başqadır".
ABŞ rəsmisi deyib ki, Qəzzada partlamamış hərbi sursatların və digər təhlükələrin yaratdığı riskləri var və bunu aradan qaldırmağa və orada bərpa işləri aparmağa daha çox vaxt və maliyyə lazımdır: "Şərtlərin nə olduğunu anlayırıq. Və bunu nəzərə alaraq, biz hər bir maraqlı tərəfin xeyrinə uyğun qərarlar qəbul edib planlar edəcəyik".
Qeyd edək ki, martın 4-də Misirin paytaxtı Qahirədə keçirilən Fövqəladə Ərəb Liqası Sammitində ev sahibi ölkə Qəzza zolağının yenidən qurulması planını təqdim edib və üzv ölkələr bunu qəbul ediblər: "Plana görə, Qəzzanın yenidən qurulması üçün 53 milyard dollara ehtiyac var".
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:155
Bu xəbər 07 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















