Icma.az
close
up
RU
Cənubi Qafqaz Birliyi Reallıq, yoxsa xəyal?

Cənubi Qafqaz Birliyi Reallıq, yoxsa xəyal?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Buna baxmayaraq, Rusiya Cənubi Qafqazda da təsir imkanlarını saxlamağa çalışır. Lakin region ölkələri bunda heç də maraqlı deyil. Məsələn qonşu Gürcüstanın əraziləri Rusiyanın nəzarətindədir. Eləcə də Ermənistan Rusiya ilə birlikdə olmaq əvəzinə Avropaya inteqrasiya etmək istəyir. Azərbaycan isə həm xarici, həm də daxili siyasətində müstəqil davranmağa üstünlük verir. 

Görünür hər üç ölkəni də birləşdirən bir ortaq cəhət var. 

Maraqlıdır ki, Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqaz Birliyi yaranacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Qafqaz evi ideyası yeni deyil:

"Tarixinin müxtəlif dövrlərində belə bir ideya olub. Zaqafqazya Federasiyanın bir zmanalar bolşevik ideyasına uyğun  mövcud olduğunu bilirik. İndiki vaxtda belə bir birliyin yaradılmasına ehtiyac varmı? Təbii ki, bu, prinsip etibarilə sual doğurur. Çünki Azərbaycanın inteqrasiya meyilləri bəllidir. Bizim üçün hədəf türk evidir. Bu da əsaslı ideoloji platforması olan birlik modelidir. Eyni zamanda türk dövlətləri arasında çağdaş əlaqələri, Azərbaycanın buradakı aktiv rolunu, qardaş Türkiyənin töhfələrini nəzərə alsaq, prinsip etibarilə həm cazibədarlığı, həm də resurs və potensialı baxımından Türk evi, Türk Birliyi indiki şəraitdə daha məqsədəuyğun görünür. Dövlətlərimizin strateji hədəflərindən biri də budur. Cənab Prezident inaqurasiya mərasimində bu barədə xalqın, millətin ideoloji hədəflərini işarə vermişdi".

Deputat vurğulayıb ki, fərqli xalqların, milli kodlara malik xalqların ayrı-ayrı təsisatları yaratması, birlikdə hərəkət etməsi, yaxud indiki halda Avropa modelində birləşmə ehtimalı var: 

"Amma yaxın 10 il ərzində Ermənistanın nə Cənubi Qafqazda cərəyan edən proseslərə, nə də daha geniş miqyasda təsisatlara inteqrasiya edəcəyini gözləyirəm. Gürcüstanın da indiki halda strateji hədəfləri bəlli deyil. Gürcüstan dost dövlətdir. Azərbaycan və Türkiyə ilə enerji layihələrinin iştirakçısıdır. Amma fikrimcə, bu ölkənin ideoloji platforması bəlli deyil. Ermənistan isə bölgədə xarici maraqların təmsilçisi kimi çıxış edir. Yaxın vaxtda Ermənistanın qütblərarası manevr siyasətindən əl çəkəcəyni gözləmirəm.Ermənistanın bəli, ideoloji platforması var. Amma bu platforma xalqlar və dövlət birliyinə yönəlməyib. Əksinə erməni faşizminə, ultra milliyyətçiliyə söykənir. Bu dünya görüşü, Ermənistandan və dünya erməniliyinin təfəkküründən silinmədikcə, bu ölkənin bizimlə hansısa birlik modelində təmsil olunmasına inanmıram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri