Icma.az
close
up
RU
Trampın Yaxın Şərq səfəri: Vaşinqton kritik regionda mövqeyini bərpa edir

Trampın Yaxın Şərq səfəri: Vaşinqton kritik regionda mövqeyini bərpa edir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi. Seçim təsadüfi deyil: Trampın 2017-ci ildə prezident kimi səfər etdiyi ilk ölkə Səudiyyə Ərəbistanı olmuşdu. Yaxın Şərqə dörd günlük səfər dəyəri milyardlarla dollar məbləğində rekord sazişlərin imzalanması ilə yadda qaldı və bu, ABŞ-Səudiyyə, eləcə də ABŞ-Qətər münasibətləri tarixində ən böyük iqtisadi sövdələşmə kimi qiymətləndirilir. Səfər çərçivəsində Ağ ev sahibinin Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşməsi də regionda yeni geosiyasi reallığın yaranmasına şərait yaradacağı düşünülür.

Ər-Riyada səfər Donald Tramp administrasiyası dövründə Səudiyyə Ərəbistanının ABŞ üçün strateji əhəmiyyətini vurğuladı. İri miqyaslı investisiya və müdafiə sazişləri iki ölkənin iqtisadiyyatının və təhlükəsizlik sistemlərinin dərin qarşılıqlı asılılığını nümayiş etdirdi. Suriyaya qarşı sanksiyaların ləğvi və prezident Əhməd əş-Şəraa ilə görüş Donald Trampın regiondakı məqsədlərinə çatmaq üçün qeyri-ənənəvi diplomatik addımlar atmağa hazır olduğunu göstərdi. İqtisadiyyat və işgüzar əlaqələrə olan diqqət Ağ ev sahibinin xarici siyasətə ümumi yanaşmasına uyğundur və çox vaxt milli iqtisadi maraqları birinci yerə qoyur.

Prezident Tramp Səudiyyə Ərəbistanından sonra Qətərə yollandı. Bu səfər ABŞ prezidentinin 2003-cü ildən bəri Qətərə ilk rəsmi səfəri oldu və Qətərin əsas regional tərəfdaş kimi artan rolunu vurğuladı. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşdə ümumi dəyəri 1,2 trilyon dollar olan sazişlər imzalandı. Xüsusilə, “Qatar Airways” ilə 96 milyard dollar dəyərində “Boeing” təyyarələrinin alınmasına dair iri saziş, həmçinin Əl-Udeid aviabazasına və digər müdafiə obyektlərinə 38 milyard dollarlıq investisiyalar haqqında sazişlər bağlandı. Prezident Tramp ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyektlərindən biri olan Əl-Udeid hərbi bazasına baş çəkdi və ABŞ əsgərləri qarşısında çıxış etdi. Səfər Qətərin regional təhlükəsizlikdə əsas tərəfdaş kimi əhəmiyyətini təsdiqlədi.

Səfər və əldə olunan razılaşmaların ABŞ və Qətər arasında ticarət, iqtisadi və müdafiə əlaqələrinin daha da gücləndirilməsinə yönəldiyi vurğulanır. İqtisadiyyat diqqət mərkəzində olsa da, liderlər Qətərin vasitəçi rolu da daxil olmaqla regional məsələləri də müzakirə etdilər. İyirmi ildən artıq müddətdə ilk rəsmi dövlət səfəri də Qətərin ABŞ administrasiyasının gözündə yüksəlmiş statusundan xəbər verir. Səudiyyə Ərəbistanında olduğu kimi, bu səfərdə də iqtisadi maraqlar əsas yer tutdu və Trampın xarici siyasətə praqmatik yanaşmasını əks etdirdi.

Beləliklə, Donald Trampın Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərə səfərləri iqtisadi maraqların prioritetini və irimiqyaslı sövdələşmələrin bağlanmasını nümayiş etdirdi. Eyni zamanda, səfərlər təhlükəsizlik və regional sabitliyin mühüm məsələlərinə toxundu. Xüsusilə də Suriyanın müvəqqəti prezidenti ilə görüş gözlənilməz dönüş oldu. Ekspertlərin fikrincə, bu görüşü, bütövlükdə, regionun siyasi mənzərəsini yenidən formalaşdırmaq cəhdinə güclü dəstək kimi də qiymərləndirmək mümkündür. Ümumilikdə, politoloqların ortaq rəyi bundan ibarətdir ki, Trampın Yaxın Şərq ölkələrinə səfərinin nəticələri həm regional, həm də qlobal səviyyədə hiss olunacaq, enerji bazarlarına, ticarət axınlarına, təhlükəsizlik ittifaqlarına və dünya gücləri arasında güc balansına təsir edəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri