Icma.az
close
up
RU
Trampın yeni sərəncamı: bu dəfə onları sevindirəcək

Trampın yeni sərəncamı: bu dəfə onları sevindirəcək

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ağ Ev dərin dəniz mədənçiliyini sürətləndirmək üçün sərəncam hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq sularda dərin dəniz mədənçiliyinə icazə verilməsini sürətləndirən icra sərəncamı üzərində düşünür. Məlumata görə, bu addım mədən şirkətlərinə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dəstəklənən icazə prosesini keçmədən fəaliyyət göstərməyə imkan verəcək.

Sərəncam imzalanarsa, bu, Trampın nikell, mis və digər strateji mineralların hasilatını genişləndirmək istiqamətində atdığı növbəti addım olacaq. ABŞ lideri daha əvvəl Qrenlandiya və Ukraynada bu cür təşəbbüslərlə çıxış etmişdi.

Dərin dəniz mədənçiliyi hazırda BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Dəniz Dibi Təşkilatı (ISA) tərəfindən tənzimlənir, lakin ABŞ bu konvensiyanı ratifikasiya etməyib. Son illərdə ISA beynəlxalq sularda mədənçiliyin standartlarını hazırlamağa çalışsa da, toz, səs və digər ekoloji təsirlər barədə razılıq əldə olunmadığı üçün hələlik yekun qaydalar təsdiqlənməyib.

Mənbələr bildirir ki, Trampın sərəncamında ABŞ-ın okean dibindəki strateji mineralların hasilatı hüququndan istifadə edəcəyi və ISA-nı keçərək icazə prosesini ABŞ Ticarət Departamentinin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) mədənçilik kodeksinə əsasən aparacağı qeyd ediləcək. Bu addım mədən şirkətlərinə rəsmi icazə almaq imkanı yaradacaq və onların tənzimlənməmiş fəaliyyət göstərdiyi barədə narahatlıqları aradan qaldıra bilər.

Hazırda Ağ Evdə plan müzakirə mərhələsindədir və sərəncam imzalanmadan əvvəl müəyyən dəyişikliklər edilə bilər. Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri