Icma.az
close
up
RU
Trampın yeni tarifləri ABŞ da avtomobil qiymətlərini 25% artıracaq

Trampın yeni tarifləri ABŞ da avtomobil qiymətlərini 25% artıracaq

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük avtomobil istehsalçıları assosiasiyası xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan idxal olunan məhsullara tətbiq etdiyi 25% yeni tariflər ABŞ-da avtomobil qiymətlərinin kəskin artmasına səbəb olacaq.  

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, Alliance for Automotive Innovation təşkilatının rəhbəri Con Bottsella bildirib ki, avtomobil istehsalçıları bu tariflərin Kanada və Meksikaya təsirini hiss edəcək.

Təşkilat "Tesla” xaricində bütün əsas avtomobil istehsalçılarını təmsil edir, o cümlədən General Motors, Ford, Toyota, Volkswagen, Hyundai və Stellantis.  

Bottsella əlavə edib ki, bəzi modellərin qiymətləri 25%-ə qədər artacaq, avtomobillərin qiyməti və əlçatanlığına mənfi təsir isə demək olar ki, dərhal hiss olunacaq.  

Avtomobil istehsalçıları daha əvvəl xəbərdarlıq etmişdilər ki, bu yeni tariflər Şimali Amerikada 25 ildən çox müddət ərzində mövcud olan inteqrasiya olunmuş istehsal zəncirini dağıda bilər. Bəzi ehtiyat hissələri son montajdan əvvəl altı və ya daha çox dəfə sərhədi keçirə bilər.  

Bottsella vurğulayıb ki, istehsalın və təchizat zəncirinin göstərilən sürətlə ölkəyə geri gətirilməsi mümkün deyil. Avtomobil tarifləri istehlakçıların xərclərini artıra bilər, lakin iş yerləri ölkəyə qayıtmadan əvvəl bu təsir baş verəcək.  

"Stellantis” şirkəti çərşənbə axşamı nümayəndələrinə bildirib ki, şirkət Trampın administrasiyası ilə tariflərlə bağlı danışıqları davam etdirir, bu isə müştərilər üçün əlavə maliyyə yükü yaradır.  

"Stellantis”in məktubunda deyilir ki, Şimali Amerikanın yüksək inteqrasiyası sayəsində bu tariflər Chrysler, Dodge, Jeep və Ram markalarını koreyalı, yapon və avropalı istehsalçılara nisbətən dezavantajlı vəziyyətə salacaq.  

Bir çox avtomobil istehsalçıları ötən həftə Ticarət naziri Howard Latniklə görüşərək administrasiyanı genişmiqyaslı tarif artımlarını tətbiq etməməyə inandırmağa çalışıblar.  

Ford şirkətinin baş direktoru Jim Farley ötən ay bildirib ki, Meksikadan və Kanadadan olan 25% tariflər ABŞ-ın avtomobil sənayesinə ciddi zərbə vuracaq. O, "Biz böyük xərcləri və xaosu görürük" deyib.  

Bu arada ABŞ-ın Avtomobil işçiləri sindikası (UAW) Trampın hərəkətlərini dəstəkləyib və aprel ayında əlavə tarif qərarları gözlədiyini bildirib.  

Qeyd edək ki, Donald Tramp Kanadadan və Meksikadan olan idxalın çox hissəsinə 25% tariflər tətbiq edib və Çindən idxal edilən məhsullara mövcud 10% tarifləri 20%-ə qədər artırıb, bu isə təxminən 1,5 trilyon dollar həcmində illik idxal həcminə təsir göstərəcək.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri