Trampın tarifləri avtomobil sənayesində ziyan vuracaq
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tramp administrasiyasının Meksika və Kanadadan idxala elan etdiyi 25 faizlik tariflər ABŞ avtomobil sənayesinə dağıdıcı təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Ford Motor" Co-nun baş direktoru Cim Farli bildirib.
"Düzünü desək, Meksika və Kanada sərhədlərində uzun müddət ərzində 25 faizlik tarif Amerika istehsalında əvvəllər görmədiyimiz bir deşik açacaq", - o qeyd edib.
Farli, 25 faiz idxal tariflərinə qarşı iddia qaldırmaq üçün Konqresdəki qanunvericilərlə görüşməyi planlaşdırır. Şirkətin baş direktorunun sözlərinə görə, tariflər istehsal xərclərini artırmaqla yanaşı, Avropa və Asiyadan hələ müqayisə edilə bilən idxal rüsumlarına məruz qalmayan istehsalçılara üstünlük vermək riski daşıyır.
Türkan İSGƏNDƏRLİ
Baxış sayı:96
Bu xəbər 12 Fevral 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















